Язык:
Русский
Korluğun əsas səbəbi...Katarakta xəstəliyi nədir?
12 апреля 2020 12387Katarakta,daha çox 40 yaşdan yuxarı insanlarda görünən və korluğun başlıca səbəbi kimi bilinən göz xəstəliyidir.
Bəs görmə keyfiyətini azaltma və rənglərdə solğunlaşma kimi şikayətlərlə ortaya çıxan və gündəlik həyata təsir edən katarakta nədir?
Katarakta, göz bəbəyinin arxasında mövcud olan və görməyi təmin edən təbii göz mərcəyinin öz funksiyasını itirərək solmasıdır. Başqa cür desək görüntünün, buxarlı pəncərənin arxasından baxırmış kimi pozulmasıdır.
Orta yaşlı insanlarda daha çox müşahidə edilən göz xəstəliyidir. Ancaq bununla bərabər yeni doğulan uşaqlarda, şəkər xəstələrində də görülə bilər.
Bəs kataraktanın əlamətləri nədir?
Görmənin azalması
İşığa həssaslıq(göz qamaşması)
Cüt görmə
Oxuma çətinliyi
Rənglərdə solğunlaşma
Eynək nömrələrinin tez-tez dəyişməsi
Adətən yaşlanma və ya yaralanmalar nəticəsində gözün mərcəyini təmin edən toxumanın dəyişməsi nəticəsində yaranır. Digər sağlamlıq problmləri də bu riski artırır. Steroid dəmanlarının uzunmüddətli istifadəsi də bu problemi yarada bilər.
Katarakta üçün risk faktorları:
Artan yaş
Diabet
Günəş işığına çox məruz qalmaq
Köklük
Siqaretdən istifadə
Yüksək təzyiq
Keçirilən göz əməliyyatı
Aşkar olunduqdan sonra isə həkim tövsiyəsi və göstərişi əsasında müalicə olunmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1