Язык:
Русский
Kirpik və qaşlarda yaşayan bitlər – Necə xilas olmalı?
09 августа 2018 8767Bit adı gəldikdə bir çox insanı qaşınma tutmağa başlayır. Ancaq düşündüyünüz kimi bit ancaq sadəcə saçda yaşamır.
Demodeks folikulorum adlandırılan bitlər, qulaqda, qaşlarda, kirpiklərdə yaşayır. Hörümçək ailəsindən olduğu düşünülən bu şəffaf parazitlər bir millimetrdən də kiçikdir.
Bu, bəzi insanlarda dəri problemlərinə qədər yol aça bilər.
Mikroskop altına qoyulan bir kirpik ya da qaşın hər şeyi ortaya çıxaracağını söyləyən mütəxəssislər, bitlərin çoxunun ölü dəri hüceyrələrindən qidalandığını qeyd ediblər.
Bu bitlər bəzən genital nahiyyədə də yarana bilər.
Kirpikdə iki-üç həftə yaşayır. Ancaq buna baxmayaraq dişi bitlər saç diblərinə 15-20 yumurta qoyurlar.
Oyandığınız zaman göz qapağınızda və ya qaşlarda qaşıntılar meydana gələ bilər. Bu zaman mütləq şəkildə mütəxəssis yanına müraciət etmək tövsiyə edilir.
Belə bitləri yox etmək üçün adətən saç bitləri üçün olan dərmanlardan istifadə edilir. Amma buna baxmayaraq düzgün qərarı həkim müayinəsindən sonra verilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1