Язык:
Русский
İnək südü allergiyası nədir?
19 июля 2020 7925İnək südü allergiyası, uşaqlarda çox görülən allergiya növlərindən biridir. Süd allergiyası, inək, qoyun, keçi kimi heyvani məhsulların tərkibində olan proteinlərə qarşı vücudun reaksiya göstərməsidir.
Südün tərkibində bir çox protein mövcuddur.
Bu zaman vücud, proteinləri mübarizə aparılacaq vəziyyət olaraq görür və reaksiyalar göstərir. Süd allergiyası, süd və süd məhsullarının istifadəsi nəticəsində, həmçinin ananın içdiyi südün, əmzirərkən uşağa keçməsi zamanı meydana çıxır. Süd allergiyası, südün içilməsindən 2 saat sonra vücudun reaksiya göstərməsi ilə ortaya çıxa biləcəyi kimi 2 gün və ya bir həftə sonra da fərqli əlamətlərlə ortaya çıxa bilər. İnək südünün allergik quruluşu səbəbiylə allergiyaya meyilli uşaqlarda 2 yaşına qədər inək südünün verilməməsi tövsiyə edilir. Süd allergiyası adətən 1 yaşın altındakı körpələrdə tez-tez görülür, 3 yaşına keçən uşaqlarda adətən bu vəziyyət ilə qarşılaşılmaz.
Körpələrdə inək südü allergiyasının əlamətləri nədir?
Vücudda qaşıntı və qızarıqlıq
Xırıltılı öskürək, çətin nəfəs almaq
Burun axıntısı və ya burun tutulması
Qarın ağrısı, qusma
İshal və ya qəbizlik
Qaz ağrıları
Vücudda ekzemalar, quruluqlar
Qanlı çölə çıxma
Yorğunluq və yuxu
Yuxarıda sadalanan bir çox əlamət fərqli xəstəliklərin də xəbərçisi ola bilər. Araşdırılarkən ətraflı suallar verilməlidir. Həmçinin uşağın qidalanması, inək südünün körpənin menyüsünə daxil olarkən vücudun nə reaksiya verməsi araşdırılmalıdır.
Uşağa bir müddət südlü qidalar verilməməlidir. Əgər problemlər ortadan qalxarsa uyğun müalicə sistemi davam etdirilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1