Язык:
Русский
İmmunitetin aşağı düşdüyünü necə anlamaq olar?
28 марта 2020 10421İmmunitet, vücudu əsas ayaqda tutan sistemdir. Gücünün azalması ilə xəstəliklərə tutulma riski artar.
Bəs immunitetin düşüb-düşmədiyini necə anlamaq olar?
İlk olaraq yorğunluq hissi müşahidə olunur. Əgər hərəkət edəndə normadan artıq yorulursunuzsa, yuxudan yorğun durursunuzsa, səhərlər yorğun hiss edirsinizsə bu düzgün hal deyil. Bu, immunitetinizin aşağı düşdüyünüzə işarədir.
Uçuqlar çox çıxırsa...
İmmunitetinizin aşağı düşməsinə işarət ola bilər. Ağız və dodaqların ətrafında yaranan uçuqlar əgər ildə 4 dəfədən artıq görülürsə, bu, vücudunuzun vitaminə ehtiyacı olduğunu göstərir.
İnfeksiyalara tez-tez yoluxmaq immunitet sisteminin zəiflədiyinin göstəricisidir.
Təkrarlanan xəstəliklər, uzun çəkən xəstəlik, ishal, göbələk infeksiyaları immunitetinizin dəstəyə ehtiyacı olduğunun sübutudur.
Vücudda çıxan səbəbsiz yaraların immunitetin vəziyyətindən qaynaqlanması, insanların immunitet sistemini gücləndirərək bu yaralardan xilas ola biləcəyinin sübutudur.
Dəri yanıqlarının yaxşılaşmaması, gec sağalması və ya gərəksiz iz buraxması immunitet sisteminə diqqət edilməyin vacibliyini göstərir.
Xüsusilə ayaq göbələkləri, qızarıqlıqlar, qabarmalar, saç dərisinin tökülməsi kimi əlamətlər maddələr mübadiləsinin zəiflədiyinin işarətidir. Bu səbəbdən dırnaq diblərində ətin qalxmasına, dırnaqların qırılması və formasız uzanmasına diqqət edin. Belə məqamlar gördüyünüz zaman həkimə zamanında müraciət edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1