Язык:
Русский
İdmandan öncə yemək yeyilməlidir?
17 сентября 2018 7813Əksər insan arıqlamaq üçün ac qalır, daha çox idmanla məşğul olur.
Mütəxəssislər isə bunun düzgün olmadığını bildirirlər. Belə ki, idman öncəsi belə müəyyən qədər qida qəbulu vacibdir.
Ackən idmanla məşğul olmaq, yorğunluq, enerji azalması, göz qaralması kimi problemlər yarada bilər. Həmçinin qan şəkəri aşağı enər.
Müəyyən qədər yemək isə bu problemlərin yaranmasının qarşısını alar. Bununla yanaşı mədə ağrıları baş verməz.
Əzələlərdə idman etmək üçün enerji olar.
Əslində bu, orqanizmə görə fərqlidir. Adətən isə həzmi asanlaşdıran qidalar seçilməlidir. Məsələn, bu seçim banan, yağ miqdarı az olan süd ola bilər. Yağlı qidalardan imtina edilməlidir.
Əgər idmanla bir saatdan artıq məşğul olacaqsınızsa karbonhidratla zəngin yemək yeyə bilərsiniz.
Bir çox insan səhər idmanından öncə yeməkdən imtina edir. İdmançılar arasında aparılan araşdırmalar isə bunun tam əksini təsdiq edib. Belə ki, səhər idmanından öncə yemək orqanizm üçün əsas şərtlərdən biridir. Bu, uzunmüddət idmanla məşğul olmağınıza şərait yaradacaq. Ən azından təbii meyvə şirəsinin qəbulu bədəni daha çox enerji ilə təmin edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1