Язык:
Русский
Hansı rəngli meyvə və tərəvəzlər daha faydalıdır?
04 мая 2018 102494 rəngi əhatə edən qidalar ilə süfrənizi rəngləndirə, orqanizminizi isə vitaminlərlə zənginləşdirə bilərsiniz.
Qırmızı rəngli meyvə və tərəvəzlər, rəngini likopendən əldə edir. İnsan vücudunun istehsal edə bilmədiyi bu pigment bir çox xərçəng növünə qarşı qoruyucu və güclü antioksidandır. Qırmızı rəng qrupuna pomidor, qarpız, itburnu, çiyələk,qreypfurt, nar, qırmızı bibər daxildir. Həmçinin ürək xəstəliklərindən də xilas olmaq üçün bu qidaları süfrənizdən əksik etməyin.
Sarı-narıncı rəngli meyvə və tərəvəzlər karotenoidlər tərəfindən rəngləndirilir. A vitamini ilə zəngin olan bu rəngli qidalar vücudu hərəkətə keçirir və immuniteti gücləndirir. Həmin qrupa isə kök, şaftalı, qaysı, qovun, manqo, portağal, mandarin və s daxildir. Həmçinin kartof, ananas da bu siyahıya sonradan daxil edilən qidalardır.
Xüsusilə də qış aylarında bu qidalardan yeməyin mühüm faydaları mövcuddur.
Yaşıl rəngli meyvə və tərəvəzlər rəngini yaşıl klorofil pigmentindən alır.
Yüksək miqdarda C vitamini ilə zəngindir. Yaşıl üzüm, kivi, yaşıl soğan, brokolo, avokado, lobya , bibər, xiyar, ispanaq kimi bütün göyərtilər bu siyahıya daxil edilir.
Bənövşəyi rəngli meyvə vətərəvəzlərin pigmenti antioksiyanindir. Qocalmağı gecikdirir. Gənclik və gözəllik verir Badımcan, qırmızı soğan, turp, qarağat, əncir, qara tut, quru üzüm kimi meyvələr daxil edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1