Язык:
Русский
Hansı meyvədən nə qədər yeyilməlidir?
17 июля 2018 8501Müasir zamanda hər mövsüm istənilən meyvəni tapmaq olsa da , sağlamlıq cəhətdən hər mövsümü öz fəslində yemək tövsiyə edilir. Türkiyəli diyetoloq Yeşim Özcan, tərkibindəki vitaminlər və minerallarla zəngin olan meyvələrin belə çox yeyildiyi zaman zərərli ola biləcəyini vurğulayıb.
Xərçəng xəstəliyinə faydalı olan, dərini yeniləyən, ürək xəstəliklərindən qoruyan meyvələrin porsuna diqqət etmək vacibdir. Xüsusilə diabet xəstələri daha diqqətli olmalıdırlar.
Üzüm – Sümük quruluşunu düzəldir. Gücünü artırır. Dəmir və manganez kimi minerallarla zəngindir. Mütəmadi yeyildiyində sümük əriməsinin qarşısını alır. Sinir sistemini gücləndirərək, beyin funksiyalarını qoruyur. Bunun üçün üzümün bir porsu 15 ədəd deməkdir. Şəkər miqdarı yüksək olduğu üçün qaraciyər yağlanmasına səbəb olur.
Gilas – Aparılan araşdırmalara görə, hər gün yatmazdan 10 dəqiqə öncə istifadə edilən 1 porsluq (15-20 ədəd) gilasın yuxunu asanlaşdırdığı, yuxu keyfiyyəti artırdığı məlum olub. Xüsusilə diabet xəstələri rahatlıqla gilas yeyə bilərlər. Qan durulaşdırdığı üçün ürək və təzyiq xəstələri diqqətlə istifadə etməlidirlər.
Əncir – Xolestrolu aşağı salır. Yüksək miqdarda liflə zəngindir.2 ədəd əncir 1 pors kimi hesablanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1