Язык:
Русский
Hamiləlikdə mədə ağrılarının səbəbləri
12 июня 2018 17935Hamiləlik keşməkeşli 9 ay müddətidir.
Bu müddətdə hormonlarla əlaqədar olaraq mədə soyuqdəymələri baş verə bilər. Belə hallar bir neçə gün də davam edə bilər, uzunmüddət də. Xüsusilə də səhər bulantıları ilk 6 aya qədər davam edə bilər. Əgər əlamətlər bir neçə gün davam edirsə, qızdırmanız düşmürsə, vücudunuz susuz qalıbsa həkimə müraciət etməlisiniz.
Sudan istifadə – Bu zamanda mayedən istifadə çox vacibdir.Vücud qusma, ishal, tərləmə yolu ilə çox miqdarda maye itirər. Hamiləlik zamanı vücudun susuz qalması bir çox fəsadlara yol aça bilər.
Mədədə yaranan infeksiyaya qarşı müalicədə zəncəfil çayından istifadə edə bilərsiniz.
Belə müddətdə qəhvə, çay, şokolad kimi kafein tərkibli qidalardan qaçınmaz lazımdır.
Həm hamiləliyin yaratmış olduğu sıxıntılar həmçinin susuzluq bədənin gücsüzləşməsinə səbəb ola bilər.
Bu səbəblər bol-bol istirahət vacibdir. Mədə soyuqlamasına isti su torbası da müsbət təsir göstərə bilər. Ağrının şiddətini azalda bilər.
Ən əsası isə doğru qidalanmaq şərtdir. Banan, alma, tost kimi karbonhidrat baxımından zəngin qidalara üstünlük verə bilərsiniz. Banan həzmi asanlaşdırır, itirilən potasiumun geri qazanılmasına kömək edir.
Düyü asan həzm edilə bilər və enerji verir.
Ağ çörəklə hazırlanan tostun lif tərkibi daha az olduğundan buğda çörəyinə görə həzmi daha asan olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1