Язык:
Русский
Hamiləlik zamanı üzmək təhlükəlidir?
03 июля 2018 9124Riskli hamiləliklər xaricində üzmək, hamiləlikdə edilə biləcək ən ideal idman növüdür.
Türkiyəli ginekoloq Betül Görgen bu mövzuda vacib məlumatları paylaşıb.
İlk 3 ay
Bu vəziyyətdə ideal müddət 30 dəqiqədir. Günə üzərək başlamaq səhər bulantılarını azaldır və günə daha enerjili başlamağa kömək edir.
İkinci 3 ay
Uşağınız böyüyən zaman, vücudunuz da ağırlaşır. Əksər hamilə bu zamanda üzməyi azaldır amma xüsusilə bel üstdə uzanmağı seçərək bel ağrılarından xilas ola bilərsiniz.
Son 3 ay
Bu müddətdə stresi azaltmaq və bel ağrılarından xilas olmaq üçün ən yaxşı stil qurbağa duruşudur. Özünüzə ağırlıq vermədən suda dayanmağınız faydalı olacaq.
Ancaq bəzi məqamlar var ki bu zaman üzmək tərgidilməlidir.
Vaginal qanaxma, qarında ağrı, maye gəlməsi, uşaqlıqda sancılar, nəfəs darlığı, yorğunluq, göz qaralması və ürək döyüntüləri hiss etsəniz üzməyi dayandırın və dərhal sudan çıxın.
Üzməyə başlamazdan öncə hansı tədbirlər görülməlidir?
Əgər 30 dəqiqə və daha çox üzsəniz mütləq şəkildə maye və glükoza almalısınız.
Hovuza tullanmayın.
Su soyuqdusa israrlı olmayın.
Təmizliyindən əmin olmadığınız yerlərdə üzməyin.
Hamiləlik zamanı iki parçalı dəniz geyimləri seçilməlidir.
Üzməyin əvəzinə suda kiçik addımlar da ata bilərsiniz..
Özünüzü çox yormayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1