Язык:
Русский
Hamilə qadınlar, elektromaqnit sahəsindən kənar durun! Araşdırma
19 декабря 2017 23242Hekim Tap xəbər verir ki, “Kaiser Permanente” (Oklend, Kaliforniya) tibb mərkəzi tədqiqat bölməsinin alimləri belə nəticəyə gəliblər ki, elektromaqnit sahəsinin insan orqanizminə neqativ təsiri bu günə qədər məlum olduğundan daha çoxdur. Tədqiqatlar göstərib ki, məişət avadanlıqlarının yaratdığı elektromaqnit sahəsi hamilə qadınlarda düşük riskini artırır. Elektromaqnit sahəsinin təhlükəlilik dərəcəsi uzun müddətdir ki, səhiyyə aləmində müzakirə mövzusudur. Tibb elmləri doktoru, “Kaiser Permanente” tibb mərkəzinin reproduktiv epedemioloqu De-Kun Li hesab edir ki, elektromaqnit sahələrinin göstərdiyi mənfi təsirlər bu günə kimi ciddi qəbul edilməyib.
“Bəzi tədqiqatlar zamanı elektromaqnit şüalanmasının təsirini ölçmək mümkün olmuşdur. Lakin bu, kifayət deyil və biz problemlərin yarana biləcəyi bioloji həddi hələ ki, müəyyənləşdirə bilməmişik və risk artımının mümkün mexanizmlərini sonadək başa düşə bilmirik” – deyə doktor Li bildirib.
Alimlər maraqlı bir tədqiqat aparıblar - yaşı 18-dən yuxarı olan və hamiləliyi qeydə alınmış 913 qadına 24 saat ərzində üzərilərində kiçik bir aparat gəzdirmək həvalə olunub. Bu aparatın köməyi ilə maqnit sahəsi qeydə alınıb və yaddaşda saxlanılıb. İştirakçılar gündəlik fəaliyyətləri barəsində məlumatları mütəxəssislər tərəfindən hazırlanmış blanklarda qeyd edib, orada elektromaqnit təsirinin mümkün faktorlarını, onların orqanizmdə necə biruzə verdiyini qeyd ediblər. Alimlər, həmçinin, düşüyə səbəb ola biləcək digər faktorları – taksikoz, ürəkbulanma və qusmanın tezliyi, alkohol, nikotin və kofein istifadəsi, əvvəlki düşük hallarını, infeksiyalar və s. də nəzərə alıblar. Bütün eksperiment iştirakçılarının nəticələri qeydə alındıqdan sonra onları elektromaqnit şüalanmasının intensevlik dərəcəsinə əsasən, iki qrupa bölüblər. Ən az elektromaqnit təsirinə məruz qalan qadınların 10.4%-də düşük qeydə alınıb, ən yuxarı elektromaqnit təsirinə məruz qalan qadınlarda isə göstərici 24.2% olub!
Tədqiqatın əsas çatışmayan cəhəti odur ki, alimlər eloktromaqnit şüalanma dərəcəsini bütün hamiləlik dövründə qeydə ala bilmirlər. Lakin qısa müddətli sınaqlar da müəyyən nəticələr çıxarmağa əsas verir.
Doktor Li qeyd edib ki, elektromaqnit sahəsinin orqanizmə göstərdiyi potensial riskləri öyrənmək üçün çoxlu sayda tədqiqatlara ehtiyac var. “Biz ümid edirik ki, apardığımız tədqiqatların nəticələri gələcəkdə bu sahədə daha geniş araşdırmalar aparmaq üçün stimul verəcək ” – deyə alim bildirib.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1