Язык:
Русский
Həzmi çətinləşdirən qidalar
24 августа 2018 8178Qarşıdan Qurban bayramı gəlir. Bayramda yeyilən şokolad və bəzi qidalar isə həzmi çətinləşdirir.
İçilən qəhvə və şokoladlar reflüks xəstəliyi olanlarda həzmi çətinləşdirir.
Yatmazdan öncə yemək yeməməyə diqqət göstərmək lazımdır. Bu şikayətləri daha da artıra bilər.
Südün tərkibində mövcud olan laktoz, mədədə şişkinlik və qaza səbəb olduğu üçün həzmi çətinləşdirən qidalar arasında yer alır. Laktoz həmçinin ishal kimi bağırsaq problemlərinə də səbəb ola bilər. Süd və südlü şirniyyatlar əvəzinə qatıq, pendir yeyərək kalsium ehtiyaclarını təmin edə bilərsiniz.
Qırmızı acı bibər, həm reflüks xəstəliyini, həm də hemaroit xəstəliyinin riskini artırır. Kiçik də olsa hemaroidi olan bir insanda bu daha da böyüyə bilər. Hətta qanamağa səbəb ola bilər.
Bu səbəbdən acı bibərdən uzaq durmaq və qurban ətlərini mümkün qədər az ədviyyatlı hazırlamağa çalışın.
Həzmi rahatlaşdıracağı düşünülərək qazlı içkilər daha çox içilir. Mütəxəssislər isə belə içkilərin təbii olmadığını həmçinin bədəndə qaz yaratdığını bildirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1