Язык:
Русский
Hər gün xurma yeyin
03 мая 2020 8911Xurma Ramazan süfrələrinin əsas qidasıdır. Ləzzəti ilə yanaşı tərkibi də vitaminlərlə zəngindir. İlk olaraq orucun xurma ilə açılması gün ərzində itirilən enerjinin bərpasına təkan verir.
Türkiyənin diyetoloqu Demet Ceritin sözlərinə görə, xurma, yüksək karbonhidratla zəngindir. Həmçinin xurmadan çox istifadə etmək, çəki artışına və qan şəkəri normasının dəyişməsinə yol aça bilər. Bu səbəbdən pors üçün 2-3 ədəd xurma yeməyiniz tövsiyə olunur. İnsulin kimi sağlamlıq problemi olanların xurmanı az yemələri məsləhət görülür.
Bəs xurmanın faydaları nədir?
A,C,B1, B2, B6, B qrupu vitaminləri ilə zəngindir
Antioksidantdır
Fosfor, maqnezium, kalsium,dəmir, sodium kimi minerallarla zəngindir
Toxluq hissi verir. Bu səbəbdən səhər və iftarda da yeyilə bilər
Diyet lifləri ilə zəngindir
Uzunmüddət aclıqdan sonra yeyilən xurma, qan şəkəri sürətlə normaya düşür
Qəbizliyin qarşısını almaq üçün xurma yemək vacibdir. Çünki lif baxımından zəngindir. Qəbizlik Ramazanda ən çox yayılan problemlərdən biridir. Sudan istifadənin az olması bu problemlərə yol aça bilir. Bu səbəbdən xurma yeməkdə fayda vardır.
Ürək-damar sağlamlığı cəhətdən də xurma yemənin faydası çoxdur.
İnfarkt riskini azaldır.
Nəbz və qan təzyiqinin idarə edilməsində əhəmiyyətli rola sahibdir.
Göz xəstəliklərinə qarşı qoruyur. Katarakta xəstəliyinin irəliləməsinin qarşısını alır.
Güclü sümüklər üçün xurma vacib qidadır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1