Язык:
Русский
Hər gün bir diş sarımsaq yeyilərsə orqanizmdə nə baş verər?
28 марта 2018 8239Mütəmadi sarımsaq yemək həzm sisteminə və qidaların sovrulmasına kömək edir. Həmçinin qaraciyər funksiyalarını da artırır. Sarımsaq tərkibindəki vitaminə görə illərdir müalicəvi məqsədlərlə istifadə edilir. B vitamini ilə zəngindir. Bunun sayəsində damar tıxanıqlığının qarşısı alınır. Ürək damar xəstəlikləri riskini azaldır. Təbii antibiotikdir.
– Maddələr mübadiləsini gücləndirir.
– Yaraların yaxşılaşmasını sürətləndirir.
– Soyuqdəymə və qriplə mübarizəniz zamanı kömək edir.
– Bədəninizin toksinləri, parazitləri, qaraciyər qalıntılarının atmasına kömək edir. Sarımsaq, A, B, C vitaminləri cəhətdən zəngindir və bunların hamısı qaraciyər funksiyalarına müsbət təsir göstərir.
– Əgər soyuqlayan zaman ağciyərləriniz bəlğəm ilə dolursa, sarımsaq sizə kömək edəcək. Sarımsaq isə bunun müalicəsində antibiotik rolunu oynayır. Öskürəyiniz varsa, sarımsağı dərman əvəzinə qəbul edə bilərsiniz.
– Hər gün ac qarnına bir diş sarımsaq yediyinizdə dəriniz daha gözəl və gənc görünəcək. Sarımsaq dərinizi qoruyur.
– Xolestrol səviyyəsini aşağı salır.
– Həyatınızda bəzən dəmir çatışmazlığı problemi yaşaya bilərsiniz. Bununla mübarizə aparmaq üçün menyünüzə sarımsaq əlavə edə bilərsiniz.
– İmmunitet sisteminizi qoruyaraq xəstəliklərdən mühafizə edir.
Qan sağlamlığınıza müsbət təsir göstərir. Mineral və vitaminləri artırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1