Язык:
Русский
Həddindən çox tərləməyin səbəbləri
14 апреля 2018 15315Tərləmək, tər vəzləri yolları ilə vücuddan duzlu suyun çıxmasıdır. Vücud istiliyi bunun sayəsində sabit qalır. Tər vəzləri ovuç içlərində, ayaqlarda, qoltuq altlarında daha çox mövcuddur. Xaric olunan mayenin tərkibində su, sodium, xlor, potasium kimi maddələr var.
Tərləmək normal sayılsa da arxasında yatan hansısa xəstəliyin əlaməti də ola bilər.
İki səbəbi ola bilər. İlk səbəb olaraq genetika düşünülür. Tər vəzlərinin normaldan daha aktiv olması tərləməyin çoxalmasına səbəb olur. İkinci səbəb isə xəstəliklər ola bilər.
Stress və gərginlik – Bu zaman tər vəzləri normaldan artıq çalışmağa başlayır. Xüsusilə də ovuç içində tərləmələr artır.
Diabet – Qanda qlükoza səviyyəsinin artışı ilə diabet problemi ortaya çıxır. Diabet zamanı da tərləmələr baş verə bilər.
Hamiləlik – Bu müddətdə vücudd dəyişən hormon dəyərləri tərləməyə səbəb ola bilər.
Bundan əlavə:
– Aşağı düşən qan şəkəri
– Ağciyər problemləri
– Ədviyyatlı qidalar
– İdman hərəkətləri
– Ürək problemi
– Klimaks
– Stresli hadisələr
– Spirtli içkilər
– Uşaqlarda C və D vitamin əksikliyi
– Tiroid vəzinin normaldan artıq çalışması
– Kafein
– İnfeksiya
Əgər tərləmək ilə birlikdə aşağıdakı əlamətlər sizdə müşahidə olunarsa mütləq şəkildə həkimə müraciət edin:
– Arıqlamaq
– Sürətli nəbz
– Qızdırma
– Nəfəs darlığı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1