Язык:
Русский
Gilasın bilmədiyiniz faydaları
05 июля 2020 13848Rəngi, xoş qoxusu və dadı ilə yay fəslinin ən sevilən meyvələrindən olan gilasın sapından çəyirdəyinə qədər bir çox faydası mövcuddur. İsti havalarda sağlamlıq cəhətdən seçilən bu meyvənin artıq çəki qazandırmaması və sağlamlığa zərər verməməsi üçün uyğun miqdarda istifadə edilməlidir.
Tərkibində A, C vitamini, potasium, maqnezium, melatonin mövcuddur. Bu meyvənin rəngi tündləşdikcə qida dəyəri artır.
Bəs faydaları nədir?
Xərçəng xəstəliyinə qarşı immuniteti qoruyur – Ən yüksək antioksidantdır. Stresi azaldır.
Qan təzyiqində azalma, ürək-damar xəstəliyi riskini azaldır. Təzyiq xəstələrini gündəlik qidalanmasında gilasa yer verilməlidir.
Dəri sağlamlığı üçün faydalıdır. Günəşin mənfi şüalarına qarşı dərini qoruyur.
Gilasın sapı vücuddakı şişlikləri azaldır. Uzun illər qəbizlik və şişlikdən əziyyət çəkənlər gilas sapını qaynadaraq içə bilərlər. Gilas və gilas sapının bağırsaq hərəkətlərini artırıcı təsiri vardır.
Toxluq hissi verib, şirniyyat istəyini azaldır - Arıqlamaq istəyən insanlar üçün bu meyvənin faydası sonsuzdur. Bu meyvənin yüksək qida dəyəri, vücud çəkisinin nəzarəti üçün, bağırsaq və yuxu keyfiyyəti üçün əhəmiyyət daşıyır. Gündə iki stəkan qədər gilas yeyilməlidir. Əzələ ağrılarını azaldır. Melatonin tərkibi sayəsində yuxusuzluq problemi üçün də əlverişlidir.
Qəbizlik problemi üçün vacibdir. Gündə 3 pors yeyilməlidir. Qəbizlk problemi yaşayanlar üçün gün ərzində gilas yemək vacibdir. Başqa meyvə yemək istəyənlər də gilası 1-2 pors olaraq qəbul edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1