Язык:
Русский
Günel Muradova: “Elementar göz gigiyenası qaydalarına əməl olunmur”
06 августа 2018 9852Ofatalmoloji xəstəliklər ölkəmizdə çox yayılan problemlərdəndir. Bu xəstəliklər görmə qabiliyyətinin itirilməsinə gətirib çıxardığı üçün təhlükəlidir. “Aysmed” klinikasının həkim-oftalmoloqo bu sahənin bir çox problemlərindən danışıb. Onun HəkimTap saytına verdiyi müsahibəsini diqqətinizə çatdırırıq.
– Konyunktivitlər, katarakta və yaxından görmə bugün daha çox yayılıb. “Amma hansı xəstəliklər daha çox yayılıb” yox, “görmə qabiliyyətini itirmək baxımından hansı xəstəliklər daha aktualdır” sualını qoysaydınız daha məqsədəuyğun olardı. Çünki, məsələn, pasiyent konyunktivitdən əziyyət çəkirsə, bu bir qayda olaraq, ciddi fəsad vermir, ağırlaşmasız keçir. Kataraktanın geniş yayılmasına baxmayaraq, torlu qişa və görmə siniri sağlamdırsa, əməliyyat vasitəsilə görməni 100%-dək bərpa etmək mümkündür. Lakin bəzi az yayılmış xəstəliklər var ki, görmənin itirilməsi baxımından daha vacibdir. Burada ilk yerləri qlaukoma, torlu qişanın yaşla əlaqədar degenerasiyası və gözün diabetlə zədələnməsi tutur – yəni bu patologiyalar müalicə edilməyən korluğa səbəb olur.
– Onlar multifaktoial xəstəliklər qrupuna aiddir. Xəstəliyə səbəb ola biləcək faktorların sayı çoxdur. Onlardan ən əsası – yaşdır. Böyük yaşlarda oftalmoloji xəstəliklərə gənc yaşlarla müqayisədə 3-4 dəfə daha çox rast gəlinir. İkincisi –yanaşı gedən damar patologiyasıdır. Risk faktoruna irsiyyət də aiddir: məsələn, əgər nəsildə kimsə qlaukomadan əziyyət çəkibsə, həmin şəxslər mütəmadi olaraq oftalmoloq nəzarətində olmalıdırlar. Səbəblər arasında qeyri-sağlam həyat tərzini xüsusilə vurğulamaq lazımdır. Fiziki aktivliyin aşağı düşməsi, qeyri-sağlam qidalanma - bunların hər bir xəstəliklərə gətirib çıxara bilən səbəblərdəndir. Ona görə də risk qrupunda olan hər kəs görmə qabiliyyətini itirə bilər.
– Yayılmış patologiyalar içərisində ilk üçlüyə - yaxından görmə aiddir. Bu, faciədir. Müasir texnologiyaların övladlarımızın gündəlik həyatına sirayət etməsi nəticəsində uşaqlarda miopiyanın rastgəlmə tezliyini dəfələrlə artırıb. Bu, sivilizasiyanın xəstəliyidir və biz ondan çətin ki, yaxa qurtaraq.
Əgər profilaktika aparılmazsa, bir müddət sonra bu problemi yaşayan insanlar kontak linzalar və eynək daşıyacaq, yaxud da əməliyyat olunacaqlar.
Bundan başqa, gözün şəkərli diabetdən zədələnməsini də qeyd etmək lazımdır. Son 5 il ərzində ölkəmizdə diabetik retinopatiyadan əziyyət çəkənlərin sayı dəfələrlə artıb. Hər bir endokrinoloq, terapevt və ya ailə həkimi bilməlidir ki, pasiyentdə diabet aşkar olunarsa, onu mütləq oftalmoloq konsultasiyasına yönəltmək lazımdır.
– Şəxsən məni qane etmir. Onların həkimə mürciət etmələri üçün nə isə xoşagəlməz bir şey baş verməlidir. Lakin xəstiliyin qarşısını almaq həm daha asan, həm də iqtisadi baxımdan əlverişlidir. Çox istərdim ki, insanlar görmə sağlamlığına qarşı etinasız münasibətlərini dəyişsinlər.
– İctimayi nəqliyyatda gedərkən insanların tez-tez qadjetlərdə oyun oynadıqlarının, video-çarxlara baxdıqlarının və ya kitab oxudaqlarının yəqin ki, şahidi olubsunuz. Bütün bunlar göz əzələlərini gərginliyə saldığından görmə qabiliyyətini zəiflətmək baxımından təhlükəlidir. Əlbəttə, mən onu da başa düşürəm ki, müasir texnologiyalarsız yaşamaq çətindir. Lakin bundan sui istifadə edib, gözləri korlamaq da olmaz. Mütləq profilaktikaya diqqət yetirmək lazımdır. Məsələn, hamı bilir ki, uşaqlara uzun müddət kompüter qarısında, pis işıqlandırma şəraitində oturmaq olmaz. Onlar təmiz havada daha çox olmalı, idmana vaxt ayırmalı, düzgün qidalanmalıdırlar. Valideynər bundan xəbərdardırlar, amma baxaq görək bu cür elementar qaydalara əməl edirlərmi?...
– Yaxşı olar ki, kompüterin yanına taymer qoysunlar və hər bir saatdan bir 5-10 dəqiqəlik göz hərəkətləri etsinlər. Bu, elə də çətin bir şey deyil və bu haqda internetdə kifayət qədər məlumat var. Əgər gözlərdə quruluq yaranarsa, bunun qarşısını almaq üçün nəmləndirici vasitələr mövcuddur. İstənilən halda, vaxtaşırı oftalmoloqa müraciət etsəniz, hər hansı patologiyanın qarşısını almaq daha asan olar.
Arzu edirəm ki, insanlar dünyanın bütün gözəlliklərini tam çalarları ilə görə bilsinlər!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1