Язык:
Русский
Gün ərzində sizi tox tutan qidalar
02 октября 2018 7338Gün ərzində tox olmaq demək eyni zamanda arıqlamaq deməkdir. Səhər yeməyində yediyimiz bir sıra qidalara diqqət edərək gün ərzində özünüzü həm tox hiss edib həm də arıqlaya bilərsiniz.
Bunun üçün sizə kömək edəcək bir sıra qidalar mövcuddur.
Protein tərkibli qidalanın – Bunun sayəsində mədə boş qalan zaman maye istehsal edir. Bu mayenin yaranması tox hiss etməyinizi təmin edəcək. Həmçinin protein tərkibli qidalarla qidalanmaq gün ərzində tox qalmağınıza dəstək olaraq. Səhərləri un məmulatları əvəzinə yumurta, qatıq və meyvə quruları kimi qidaları yeməklə protein ehtiyacınızın böyük bir qismini təmin edə bilərsiniz.
Arıqlamaq istəyirsinizsə yağdan uzaq durmalısınız. Keyfiyyətli yağlardan istifadə etmək ən əsas şərtlərdən biridir. Bu növ yağlar sizin tox qalmağınıza da kömək edəcək.
Maddələr mübadiləsinin fəaliyyətini yaxşılaşdırmaq üçün tərəvəzləri süfrənizdən əksik etməyin. Lif tərkibli qidalanaraq özünüzü tox saxlaya bilərsiniz.
Günə şirin qidalarla başlamaq, qan şəkərinin birdən yüksəlib daha sonra sürətli şəkildə düşməsinə səbəb ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1