Язык:
Русский
Gözlərinizi elektronik əşyalardan bu üsulla qoruyun
Автор: Gülşən Dikmen 26 марта 2020 14159Yaşadığımız informasiya dünyasında gadgetlərdən istifadə, əksər insanların həyatının ayrılmaz hissəsidir.
Əksər iş məkanlarında isə kompüter olmadan bir işçi təsəvvür etmək çətindir. Kompüter ekranının arxasında işləmək gözlər üçün çox yorucu ola bilir və görmə qabiliyyətinə bir o qədər mənfi təsir göstərir.
Monitor arxasında uzunmüddət işləyən zaman gözlər quruyur və monitorun radiasiyasından mavi işıq normadan artıq miqdarda alınır.
Bəzi sadə qaydalardan istifadə etməklə ekranın mənfi təsirini minimuma endirmək mümkündür:
-Hər 2 saat üçün 15 dəqiqəlik fasilə verin. Ayağa durun, hərəkət edin, uzaq məsafəyə baxın.
-Monitordan 50-60 sm məsafədə oturun və tez-tez gözünüzü baglayıb açın.
- Özünüzə işdə kompüter arxasında işləmək üçün eynək seçin. Bu növ eynəklər daimi parıltıları əks etdirir, görmə itiliyinə mənfi təsir göstərən artıq mavi rəngləri aradan qaldırır
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1