Язык:
Русский
Gözdə baş verən qansızmanın səbəbləri
04 октября 2018 18763Göz qanaxmaları adətən böyük risk daşımayan göz problemləridir. Buna müxtəlif zərbələr səbəb ola bilər. Bunların xaricində müxtəlif allergiyalar da göz qanaxmalarına yol aça bilər. Bu, gözün bəyaz qismini əhatə edən iltihablanmanın yaranması ilə meydana çıxır.
Şəkərli diabet də gözarxası qanaxmalara səbəb ola bilər. Gözdə yaranan qanaxmalardan digəri də bu halın göz arxasında meydana çıxmasıdır. Bəzən baxıldığında hansısa əlaməti ilə seçilməyə bilər.
Göz arxasında yaranan qanaxmalar sarı nöqtə xəstəliyi səbəbiylə də yarana bilər.
Gözün qanla dolması yüksək təzyiq və şəkərli diabet kimi xronik xəstəliklərin də xəbərçisi ola bilər. Bu səbəbdən mütəmadi göz müayinələri aparılmalıdır.
Bu qanaxmaların əlaməti və şikayətləri isə insana görə dəyişər. Adətən yüksək təzyiq zamanı ilk əlamətlər olaraq qansızmalar meydana çıxa bilər. Bəzi insanlarda bu qanlanmalar ağrı versə də, bir qismdə heç bir ağrı baş verməz.
Hansısa yaranan problem zamanı ilk olaraq göz müayinələri aparılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1