Язык:
Русский
Hemorrarqik insult ən təklükəli xəstəliklərdən sayılır. Beyinə qansızma əksər hallarda ağırlaşmalara və hətta ölümə gətirib çıxarır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bir cox insanlar bu təhlükəli xəstəliyə meyilli olduqlarını bilmirlər.
Xəstə tərəfindən kontrol olunmayan arterial təzyiq bu patoloji prosesin inkişafına səbəb olan faktordur. Alimlər müəyyən ediblər ki, mütəmadi və kifayət qədər tərəvəz istifadə edən insanların insult, infarkt və digər ürək-damar xəstəliklərinə tutulma ehtimalı 64% daha azdır.
Klinisistlər əvvəllər anamnezində beyin qansızması olan 682 pasienti araşdırıblar. İştirakçıların orta yaş həddi 53 olub. Müəyyən edilmişdir ki, insulta səbəb əksəriyyət halda yüksək arterial təzyiq olub, cəmi 10% hallarda etioloji faktor kimi ürək-damar sistemi fəaliyyətinin xüsusiyyətləri durur.
Eyni zamamda, əlavə tədqiqatlar da aparılıb və aşağıdakı nəticələr əldə edilib: bu xəstəliyə meyilli olub, lakin gündəlik rasionunda coxlu tərəvəz, meyvə və göyərti məhsulları qəbul edən insanların anamnezinde hipertonik kriz və ya insult qeyd olunmayıb.
Aparılan tədqiqatlar bir daha sübut etdi ki, düzgün qidalanma və öz sağlamlığına qarşı diqqətli olmaq bir sıra ağır xəstəliklərin qarşısını almağa zəmin yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1