Язык:
Русский
Fındığı çiy ya qovrulmuş yemək faydalıdır?
17 марта 2018 13976Novruz bayramının yaxınlaşdığı zamanlarda süfrələri bəzəyən nemətlərdən biri də fındıqdır. Bəziləri fındığı qovurub yeməyi, bəziləri isə çiy olaraq yeməyi düşünür.
Aparılan araşdırmalar zamanı isə fındığı çiy yeməyin daha çox faydalı olduğu məlum olub.
Gündə bir ovuc fındıq yemək maqnezium ehtiyacını qarşılayır.
Sümük və oynaqlarınızın güclənməsi üçün vücudun maqneziuma ehtiyacı var. Xüsusilə də çiy fındıqda olan maqnezium vücudumuzun gündəlik maqnezium ehtiyacını böyük miqdarda qarşılayır.
Sümüklərin böyüməsinə və güclənməsinə yardım edən çiy fındıq sümük əriməsinin də qarşısını alır.
Ürək-damar fəaliyyətlərinin tənzimlənməsinə yardım edən çiy fındıq E vitamini ilə arginin sayəsində ürək krizlərini azaldır.
Əsəb sistemini bərpa edir.
Həmçinin sinir sistemi fəaliyyət üçün amino asid ilə B6 vitaminlərinə ehtiyac duyar. Amino asid və B6 vitaminlərinin bol olduğu çiy fındıq əsəb sisteminin normal çalışmasını təmin edir.
Qovrulmadan yeyilməsi tərkibindəki vitaminlərin orqanizmə daha tez yayılmasını bərpa edir.
Şəkər xəstəliyi riskini azaldır.
Liflə zəngin olan fındıq çiy yeyildiyi zaman qan şəkərinin səviyyəsini düzəldir və diabet riskini də azaldır.
Əzələ və oynaq ağrılarının müalicəsində təsiri mövcuddur.
Kalsium və maqnezium cəhətdən çox zəngin olan fındıq çiy yeyildiyi zaman əzələlərin ehtiyacı olan rahatlanma fəaliyyətlərini yerinə gətirir.
Həmçinin çiy halda yemək əzələ yorğunluqlarını da sağaldaraq yaxşılaşdırır.
İnsan başına gələn ən pis xəstəliklərdən biri xərçəngdir.
Xəstələr yaxşılaşmaq üçün çətin müalicə dövründən keçirlər. Təbii dərmanlar xərçəngli hüceyrələrin artmasının qarşısını alır.
Bu baxımdan E vitamini müsbət effektə sahibdir. Fındıq isə E vitamini ilə zəngindir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1