Язык:
Русский
Dondurma yeməyin faydaları
12 июля 2018 8703Dondurmanın tərkibində bol miqdarda kalsium var. Kalsium da sümük və diş sağlamlığı üçün çox vacibdir. Kalsium sümükləri gücləndirir. Yaş qruplarına görə, kalsium ehtiyaı fərqlidir. Böyüklərdə bu dəyər 1000-1200 mq qədər təşkil edir. Bu ehtiyacı süd və süd məhsulları, pendir ilə təmin edə bilərsiniz. Məsələn, 2 top dondurmanın tərkibində təxminən 120-150 mq kalsium var.
Proteinlər vücudun quruluşunun təməl daşlarıdır. Əzələlərin təməl quruluşu da proteinlərdən ibarətdir. Ən keyfiyyətli proteinlər heyvan mənşəli qaynaqlardan olanlardır. Ət, toyuq, balıqla yanaşı süd və süd məhsullarının proteini də keyfiyyətli protein qrupuna daxildir.
İmmunitet sistemi, vücudu xəstəliklərə qarşı qoruyan, şişləri tanıyıb yox edən sistemdir.
Türkiyəli mütəxəssis Hazal Çatırtan uşaqların inkişaf dövründə protein tərkibli qidaların qəbulunun vacib olduğunu bildiriblər. Həftədə 2 dəfə 1-2 top istifadə edə bilirlər.
Menstruasiya zamanı ağrıların bir qismi vitamin-mineral əksikliyindən, iştahdakı qeyri-müəyyənlik, şirniyyat krizləri də hormonlardan qaynaqlanır. Dondurma ilə tərkibindəki kalsium, fosfor, potasiumla ağrıların şiddətini azalda bilərsiniz.
Süd və süd məhsulları ilə iştahı da nəzarətdə saxlayır. Vücuddakı yağı toplusunu azalda bilərsiniz. Arıqlamaq istəyənlərə də həftədə 1-2 dəfə 2 top dondurma tövsiyə edilir.
Dondurma həmçinin qan şəkərini tənzimləyir. Qan şəkərini digər şirniyyatlarla nisbətdə daha yaxşı tənzimləyir. Diabet xəstələri və ya insülini yüksək insanlar üçün də istifadəsi məsləhətlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1