Язык:
Русский
Doğulan körpənin baş quruluşuna diqqət edin
19 сентября 2018 21534Körpənin başının ölçüləri çox vacib nüanslar içərisindədir.
Başın sağlam böyüməsi, körpənin beyninin də sağlam şəkildə böyüdüyünün göstəricisidir. İlk aylarda ən sürətlə böyüyən vücudun bir hissəsi olan beyin, uşaq kimi qısa zamanda müxtəlif formaya düşə bilər. Başın ön hissəsində olan əmgək adətən 9-18 aylar arasında bərkiyir. Bəzi uşaqların baş quruluşu assimetrik şəkildə olur.
Körpənin ana qarnındakı duruş pozisiyası
Doğuşun uzun və çətin olması
Körpənin güvəzdə qalması
Bir yaşından öncə yastıqlardan istifadə
Boyun əzələlərindəki qısalıq.
Doğuşdan sonra görülən bu əyrilik, bəzi ailələr tərəfindən önəmsənilmir. Düzələcək deyə düşünülür. Ancaq bəzi forma pozuntusu qalıcı ola bilər. Pediatrlar isə bu vəziyyətin mütləq şəkildə həkim nəzarətində olmasının vacibliyini vurğulayıblar.
Bunu qeyd edək ki, uşaqların yatış zamanında yastıqlardan istifadə tövsiyə edilmir. Bununla yanaşı ilk bir neçə ay ərzində uşağın baş forması hər yatanda müxtəlif istiqamətlərdə qoyularaq yatızdırılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1