Язык:
Русский
Doğuşdan sonra necə arıqlamalı?
30 июля 2018 8799Hamiləlik zamanında aldığınız çəkiləri verməməyinizin səbəblərindən birisi gözləntilərinizin çox yüksək olmasıdır. Hər şeyin bir gündə dəyişməsini gözləməyin.. Unutmayın ki sağlam çəki atmaq üçün aylarınızı sərf etməlisiniz.
Kalori qəbulu azaldılmalıdır.
Hamilə qalmadan öncəki kaloru limitinizə geri dönmək daha məsləhətdir. Qidalanmağınızı yenidən tərtib etməlisiniz. Ancaq uşaq əmizdirirsinizsə yeməyinizi azaltmağınız tövsiyə edilmir.
Əmizdirmək hamiləlik dövründə aldığınız çəkiləri verməyinizə kömək edir. Uşağınızı əmizdirmək arıqlamağınıza da yardı edəcək. Bəzi qadınlar əmizdirməyin çəki artdırdığını düşünsə də bu yanlış fikirdir.
Daha çox əmizdirmək daha çox enerji sərf etməkdir.
Bəzən içdiyiniz bəzi içkilər sandığınız qədər məsum deyillər. Tərkibindəki şəkər səbəbindən artıq çəki qazana bilərsiniz. Bunun üçün hazır içkilər əvəzinə təbii meyvə şirələrindən istifadə edə bilərsiniz. Ancaq bu növ içkilərin də həddindən çox qəbulu tövsiyə edilmir. Çünki belə içkilərin də içərisində şəkər mövcuddur. Əgər sizi kökəltdiyini görürsünüzsə su içməyə davam edin. Həmçinin su sağlamlığınız üçün ən yaxşısıdır.
Yeni doğuş edən qadınların idmanla məşğul olmağı imkansıza çevrilə bilər. Ancaq təmiz havada gəzintiyə çıxmağınız mümkündür. Həmçinin edə biləcəyiniz yoqa da arıqlamağınıza kömək edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1