Язык:
Русский
Dişlərin estetik restavrasiyası
25 мая 2020 8065Dişlərin estetik restavrasiyası nədir?
Özgüvənin başlıca səbəbi qüsursuz gülüşdür. Gözəlliyin ən vacib tamamlayıcısıdır. Bu səbəbdən diş sektorunda bu sahədə bir sıra yeniliklər kəşf edilib. Əksər insan süni dişə sahib olmaq istəmir. Bu səbəbdən son zamanlar dişlərin bərpasında estetik restavrasiya geniş vüsət alıb. Təbii diş dolğularına ehtiyac və tələb kifayət qədər çoxdur. Estetik plomblar hazırda çox seçilən dolğulardandır. Estetik plomb həm ön həm də arxa dişlərdə istifadə edilir.
Belə plomblar adətən dişin öz təbii rəngində edilir. Belə plomblar kifayət qədər dayanıqlıdır. Belə dolğular dişin çürüklərinin bərpası ilə yanaşı dişin formasını və rəngini də dəyişməyə qadirdir.
Estetik plombun istifadə ediləcəyi vəziyyətlər:
Qırılmış və çürümüş dişlərin müalicəsində.
Dişlərdə yaranan rəng pozğunluqlarını aradan qaldırmaq üçün.
Dişlər arasında olan boşluqlar
Dişlərdəki hündürlük fərqləri zamanı
Dişin formasını dəyişdirmək üçün
Qara plombların yaratdığı mənfi görünüşdən sizi estetik plomblar xilas edə bilər. Həmçinin estetik diş plomblarının faydalarını sizə təqdim edirik:
Estetik plomblar dişlə eyni rəngdə olduğu üçün xaricdən baxıldığı zaman seçilmirlər.
Təbii və estetik görünürlər.
İsti və ya soyuq həssaslığı yaratmırlar.
Uzun illər eyni dayanıqlıqda qalırlar.
Müsbət tərəflərindən daha biri isə bu prosedurun qısa çəkməsidir.Təxmini yarım saat müddətinə proses bitir.
Estetik plomb olunsa da təbii dişlərdə olduğu kimi mütləq təmizlik qaydalarına riayət ediməlidir. Düzgün riayət edildikdə uzun illər plombları qırılmadan istifadə edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1