Язык:
Русский
Diş sağlamlığı barədə doğru bilinən yanlışlar
18 июля 2018 9998Diş ipi və fırçası diş ətlərini qanadır, zərər verir – Bu fikir yanlışdır. Diş ipi vasitəsilə diş sağlamlığını daha yaxşı təmin edə bilərsiniz. Dİşlərin təmizlənməsində diş ipi çox faydalıdır.
Ağız qoxusunu saqqız, qarqaralarla müalicə edə bilərsiniz – Yanlış fikirdir. Ağız qoxusuna ağız bakteriyaları səbəb olur. Əgər ağızda heç bir çürük yoxdursa və yenə də ağız qoxusu varsa bu məsələ dərindən araşdırılmalıdır. Tənəffüs yolları, mədə, qida borusu, böyrək problemləri kimi bir çox faktorlar ağız qoxusuna səbəb ola bilər.
Diş daşları təmizlənsə də qısa zamanda yenidən yaranır – Tamamilə səhv fikirdir. Diş sağlamlığına düzgün formada diqqət etsəniz diş daşlarının yaranmasının qarşısını ala bilərsiniz.
Hamiləlikdə dişlərə nə qədər diqqət edilsə də, yenə də çürüyəcəkdir deyə fikirləşənlər ən böyük səhvi edirlər. Planlı hamiləlik zamanı diş müayinələri aparılmalıdır.Xüsusilə 3-6 aylarda mütəmadi olaraq stomotoloqa müayinəyə gedilməlidir.
Diş əyriliyinin düzəldilməsi çətindir – Artıq müasir zamanda diş əyriliyini istənilən yaşda düzəltmək mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1