Язык:
Русский
Detoks çayı nədir?
18 мая 2018 11104Detoks çaylarından istifadə edənlər adətən bu çayların nə zaman istifadə etdiklərini öyrənmək istəyirlər. Bu məqaləmizdə həmin detoks çaylarından bəhs edəcəyik.
Diyetoloqlar detoks çaylarının adətən səhər oyandıqdan sonra və axşam yatmazdan qabaq içilməsinin vacibliyini vurğulayırlar. Detoks səhər içildiyi zaman canlılıq, enerji verir.
Axşam içildiyi zaman isə rahatlaşdırır, yuxu gətirir.
İçilən çayın hansı detoks çayı olması isə çox şeyi dəyişdirə bilər.
Həmin evdə hazırlanan detoks çaylarını təqdim edirik:
Sarımsaq çayı – Sarımsaq çox güclü antioksidandır. Sarımsaq vücudu zərərli toksinlərdən xilas edir.
Yaşıl çay – sərbəst radikallar ilə mübarizə aparır. Artıq çəkidən əziyyət çəkənlərə kömək edir.Antioksidan baxımından da zəngindir.
Zəncəfil çayı – Əks təsiri olmayan bitkidir.Zəncəfil vücudu təmizləyir, həzm sistemini tənzimləyir.Limonlu olaraq da hazırlana bilər. Zəncəfil çayı detoksu daha effektlidir.
İtburnu çayı – C vitamini ilə zəngindir. Antioksidanlarla zəngin olduğu üçün xərçəng hüceyrələri ilə mübarizə aparacaq gücə sahibdir.
Sarıkök çayı – Yeməklərə dad qatması baxımından istifadə edilən ədviyyatlar arasında yer alır.Çay olaraq da istifadə etmək insan sağlamlığına təsir edir. Qaraciyər və öd kisəsini qoruyur. Bu çay vücudu zərərli maddələrdən qoruyur.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1