Язык:
Русский
Daha dinc və enerjili olmağın yolları
07 июня 2018 7766Müasir zamanda əsas problemlərdən biri yaşayış enerjisinin aşağı düşməsidir.
Düzgün qidalanmamaq, hərəkətsizlik enerjinin düşməsinə səbəb ola bilər.
Yuxunuza diqqət göstərin – Böyüklər 6-8 saatlıq yuxu yatmalıdırlar. Az yataraq çox şey əldə etməyiniz mümkünsüzdür. Xüsusilə 5 saatdan az yatmaq sağlamlıq üçün zərərlidir.
Erkən qalxın – diqqət etməli olduğunuz mövzulardan biridir. 8 saatlıq yuxu planınızı gecə 3-də yatıb səhər 11-də oyanacaq şəkildə paylaşmayın. Günə erkən saatlarda başlayın.
Gec saatlarına qədər televiziyaya baxmayın.
Hərəkət edin – bu prosesə yataqda edəcəyiniz əsnəmə hərəkətləri ilə başlaya bilərsiniz. Səhər yeməyindən öncə də gəzintiyə çıxa bilərsiniz. Hər gün hərəkət etməyi alışqanlıq halına gətirin. Gəzintilərin əvəzinə yoqa və meditasiya ilə də məşğul ola bilərsiniz.
Siqaretdən istifadə edərək vücudunuzu daha tez yaşlandıra bilərsiniz. Bununla yanaşı özünüzü yorğun, halsız hiss edə bilərsiniz. Tərgitsəniz alışqanlıqdan daha tez qurtara bilərsiniz.
Sümüklərinizi gücləndirin – Orta və irəli yaşlarda sümük əriməsindən özünüzü qorumaq üçün zamanında tədbirləri almalısınız. Bunun üçün süd və süd məhsullarını gündəlik menyünüzə daxil edin.
Kafeindən az istifadə edin. Həmçinin həkim müayinələrini zamanında edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1