Язык:
Русский
Dırnaq qırılmalarının qarşısını alan təbii üsullar
12 апреля 2018 12099Mövsüm dəyişkənliyi zamanı, tez-tez görülən problemlərdən biri də vitamin əksikliyidir. Dırnaq qırılması problemi qadın, kişi-hər kəsin başına gələ bilər. Qadınlarda tez-tez istifadə edilən dırnaq boyaları, kişilərdə isə vitamin əksikliyi və müxtəlif səbəblərdən asılı olaraq dırnaq qırılmaları baş verir.
Dırnaq qırılmasının qarşısını almaq üçün təbii üsullardan istifadə edilməlidir. Bunun üçün:
Kokos yağı üsulu – 1 xörək qaşığı kokos yağını isidin. Dırnaqlarınıza çəkərək ovun. Gündə 2 və ya 3 dəfə bu üsulu tətbiq edin.
Zeytun yağı üsulu – Şüşə kasanın içərisinə zeytun yağını qoyun və bir neçə saniyə sobada isidin. İlıq olduqdan sonra dırnaqlarınızı yağa batırıb 15-20 dəqiqə qədər gözlədin.
Sarımsağın içərisində yer alan antioksidan və müxtəlif minerallar dırnaqlarınızın qırılmasının qarşısını alaraq, daha sərt və sağlam olmasını təmin edəcək.
Limon ilə də dırnaqlarınızın qayğısına qala bilərsiniz. Bir dilim limon dırnaqlarınızın güclənməsinə kömək edə bilər. Bunun üçün barmaqlarınızı limonun içərisində hər gün 10 dəqiqə kimi saxlayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1