Язык:
Русский
Düzgün ixtisas seçimi necə olmalıdır?
24 мая 2018 8372Abiturientlər və onların valideynləri!
O zaman bu post sizin üçün nəzərdə tutulub.
İmtahan ərəfəsində müəyyən narahtçılıq keçirmək, həyəcan və stress stress yaşamaq və ən əsası ixtisas seçimində çətinlik çəkmək bir çox abiturientlərə, eləcə də onların valideynlərinə xas olan xüsusiyyətdir. Axı bu günlərdə bir gəncin gələcək müqəddəratı, onun cəmiyyətdə hansı yeri tutacağı müəyyənləşəcək. Təbii ki, valideynlərin üzərinə böyük məsuliyyət düşür. Belə ki, övladlarının həyəcan və stress yaşadığı vaxtlarda ilk dəstəyi onlar göstərməlidirlər.
Nə etmək lazımdır ki, abiturient çox həyəcanlanmasın? Düzgün ixtisas seçimində övlada necə kömək etməli? Gəncin gələcək potensialını indidən müəyyənləşdirib, ixtisas seçimi etmək mümkündürmü? Bu suallara cavab tapmaq üçün HekimTap-ın müxbiri peşəkar pedaqoq və psixoloqlarla söhbət edib. Ümidvarıq ki, onların tövsiyələri sizin üçün faydalı olacaq.
Ötən postlarımızın birində həyəcan və streslə mübarizə aparmağın yolları haqqında sizə ətraflı məlumat vermişdik. Ona görə bu dəfə ixtisas seçimi üzərində dayanmaq istərdik.
Əksər pedaqoqlar hesab edirlər ki, abiturient öz biliyinə güvənməli, nəyin bahasına olursa olsun, imtahanda biliklərini ortaya qoymalı və topladığı ballara müvafiq “güclü” isxtisaslar arasında seçim etməlidirlər. Lakin psixoloqlar bu fikirlə razı deyillər. Onlar hesab edirlər ki, ixtisas seçimi etməzdən əvvəl biliklərdən başqa, abiturientin psixoloji keyfiyyətləri – temperamenti, stersə davamlılığı, düşüncə tərzi, fiziki imkanları və s. nəzərə alınmalıdır. Çünki müxtəlif peşələr müxtəlif insani imkanlar (əqli, psixoloji və fizki). Əlbəttə ki, bir abiturientin psixoloji və fiziki imkanlarını onun valideynindən başqa heç kim bilə bilməz.
Ona görə də ixtisas seçimi məhz bu imkanlar abiturientlə birgə dəyərləndirildikdən sonra aparılmalıdır. Bu baxımdan psixoloq və pedaqoqlarla məsləhətləşmək çox faydalıdır. Uşaq başa düşməlidir ki, onun gələcəkdə özünü bir insan, vətəndaş və mütəxəssis kimi təsdiqləməsi üçün ixtisasın, təhsil alacağı tədris ocağının adı ən vacib amil deyil. Əsas odur ki, sahibi olduğun peşənin peşəkarı olasan. Gələcəkdə peşəkar olmaq üçün isə yuxarıda qeyd olunan imkanlar bəri başdan dəyərləndirilməlidir. Məsələn, natiqliq qabiliyyəti olmayan birinin gələcəkdə məktəb müəllimi peşəsində, yaxud da məntiqi təfəkkürü olmayanın informasiya texnologiyaları sahəsində, suya qarşı fobiyası olan gəmiçilikdə ya da səbrsiz və diqqətsiz insanın cərrahiyyə sahəsində çalışması nə dərəcədə düzgündür? Əziz valideynlər və abituriyentlər, gördüyünüz kimi üzərində düşünülməsi gərəkən suallar az deyil. Doğrudur, imtahanın nəticəsi nə qədər yaxşı olarsa, seçim etmək imkanları da genişlənir. Lakin bu seçimi etməzdən əvvəl abiturientin potensialını müəyyənləşdirilməsi çox vacibdir. Bu yolda sizə uğurlar arzu edirik.
Cansağlığı və imtahanlarda uğurlar diləyi ilə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1