Язык:
Русский
Banan qabıqlarından bu işlər üçün istifadə edin
21 сентября 2018 9112Potasiumla zəngin olan bananın insan orqanizmi üçün bir çox faydaları mövcuddur.
Təzyiqi aşağı salmaqda effektlidir, immuniteti gücləndirir. Bununla yanaşı banan qabıqlarının da bilinməyən bir çox istifadə qaydaları mövcuddur.
Banan qabıqlarının tərkibi yüksək qida dəyəri ilə zəngindir. Banan qabığını sızanaqlı üzünüzə 15 dəq ərzində massaj etməyiniz tövsiyə edilir. Bu prosedur bir neçə gün gecə yatmazdan öncə davam etdirilməlidr.
Banan qabığından saç maskası da hazırlaya bilərsiniz. Bunun üçün 1 ədəd banan, 1 avokadonu və 2 xörək qaşığı kokos yağını qarışdırın. Daha sonra saçınıza çəkib 30 dəqiqə ərzində gözlədin. Saçınız daha yumşaq və parlaq olacaq.
Bananın içərisi ilə ayaqqabılarınızın parlaması üçün də istifadə edə bilərsiniz. Ancaq banan qabığının tamamilə qəhvəyi rəngli olmasına diqqət edin.
Dəridəki mürəkkəb ləkəsi, bir çoxlarının rastlaşdığı vəziyyətdir. Bu növ ləkələri çıxartmaq üçün banan qabıqlarından istifadə edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1