Язык:
Русский
Balqabaq çəyirdəyinin faydaları
19 апреля 2018 9500Həftədə 2-3 gün bir ovuç balqabaq tumu yeyərək zərərli xəstəliklərdən xilas ola bilərsiniz.Bu barədə türkiyəli diyetoloq Tuğba Yaprak məlumat verib.
Sinko və dəmir minerallarla zəngin olan tum həmçinin omega 3 ilə də zəngindir.
100 qram balqabaq tumu 450 kkaloridir. Həmçinin 54 qram karbonhidrat, 18,5 qram protein, 19 qram yağ, 77 mg omega 3 yağ aside, 0,1 mq B2 vitamini, 9 mcg B9 vitamini, 92 mg fosfor, 0, 5mq manganez ilə də zəngindir.
Yüksək kalorili olduğu üçün qeyd edilən miqdarda yeyilməlidir. Həftədə 2-3 gün 1 ovuc yemək tövsiyə edilir. Artıq yemək artıq çəki qazanmağa da səbəb ola bilər.
BU çəyirdək Dünya Səhiyyə təşkilatının da məsləhət gördüyü qidalar siyahısına daxil edilib.
Yuxu pozğunluğunu rejimə salır.
Maddələr mübadiləsini gücləndirir.
Dəri sağlamlığını qoruyur.
Tox tutduğu üçün arıqlamağınıza da kömək edər.
Ürək döyüntülərini tənzimləyir.
Gündəlik omega 3 ehtiyacınızı qarşılayar.
Klimaks dövründə yeyilərsə bəzi ağrıları yüngülləşdirə bilər.
Qeyd edək ki, çox yeyilən zaman qarın ağrısı və diabet yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1