Язык:
Русский
Baldan müalicəvi üsul kimi istifadə edin
07 сентября 2018 7650Bal, dadlandırıcı yerinə istifadə edilən ən böyük qaynaqlar arasındadır. Xüsusilə immunitet sistemini gücləndirir. Antibiotik yerinə istifadə edilən şəfalı qidadır. Bal sadəcə ləzzətindən və faydalarından əlavə, müalicə üsullarında da istifadə edilir.
Baldan öskürəklər zamanı və boğaz ağrılarında istifadə edə bilərsiniz.
Bunun üçün:
1 stəkan şəkər tozunu qazana qoyun. Üzərinə yarım stəkan su əlavə edin. Daha sonra 1 xörək qaşığı limon suyunu da qarışıma əlavə edin. Limon suyundan sonra içinə 1 xörək qaşığı bal əlavə edin. Burada əsas məsələ isə balı ən son məqamda əlavə etməkdir. Yarım çay qaşığı toz zəncəfili də qarışıma əlavə edin. Bunu isə tez-tez qarışdırın. 15-20 dəqiqə kimi bişirin. Daha sonra soyudun və qaşıqla götürüb dondurun.
Dərinizi qidalandırır və ləkələri aparır.
Bal, üzünüzü ölü hüceyrələrdən təmizləyir və nəmləndirir. Balı yulaf illə qarışdıraraq üzünüzə piling də etdirə bilərsiniz. Bal ilə kokos yağını da qarışdıraraq üzünüzə çəkə bilərsiniz.
Yaraların sürətli yaxşılaşmasını təmin edir. Bunun üçün 1 çay qaşığı balı yaranızın üzərinə çəkirsiniz bununla da bakteriyaların yayılmasının qarşısını almış olursunuz.
Həmçinin təraş köpüyü əvəzinə bal ilə suyu da qarışdıraraq çəkə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1