Язык:
Русский
Balığın bilinməyən faydaları
30 марта 2018 12592Ürək, damar, göz, nevroloji xəstəlikdən əziyyət çəkənlər… Bu qida bir çox dərdin dərmanıdır
Balıq bir çox vitaminlərlə zəngindir. Xüsusilə qış aylarında yemək daha çox faydalıdır. Həftədə ən az 2-3 gün yeyilməlidir.
Türkiyəli dietoloq Özlem Tay balığın bilinməsi vacib olan faydaları haqqında danışıb.
İmmunitet sistemini qoruyur – Tərkibindəki yağ asidləri sayəsində maddələr mübadiləsinin güclənməsi üçün gərəkli olan qidadır.
Qripə və infeksiyalara qarşı vücudu qoruyur. Bu da aparılan araşdırmalar zamanı təsdiqlənib.
Omega 3 qaynağıdır. Bu isə vücudun istehsal etmədiyi və ən çox balıqda mövcud olan yağ maddəsidir.
Omega 3 ürək və damar sağlamlığını qoruyur, sarı nöqtə xəstəliyi riskini azaldır. Qan şəkərinin tənzimlənməsində kömək olur.
Zəka inkişafı üçün faydalıdır. Yod ilə zəngin qidadır. Araşdırmalar zamanı balıq yeyən uşaqların zəkalarının daha yaxşı inkişaf etdiyi təsdiqlənib.
Xüsusilə hamiləliyin ilk 3 ayında mütəmadi olaraq balıq yeyilməlidir. Görmə və nevroloji xəstəliklər zamanı da effektlidir.
Ürək sağlamlığını qoruyur – Balığın tərkibindəki omega 3 yağ asidləri pis xolestrolu aşağı salaraq müsbət xolestrolu artırır.
Təzyiqi aşağı salır. Bu isə ürək çatışmazlığı və infarkt riskindən qoruyur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1