Язык:
Русский
Baş ağrılarınızın səbəbi bağırsaqlarınız ola bilər
19 апреля 2018 8626Xalq arasında narahat bağırsaq sindromu olaraq bilinən irritabl bağırsaq sindromu (İBS) bağırsaqların yaxşı çalışmaması nəticəsində ortaya çıxa bilir. Türkiyəli mütəxəssis İbrahim Koral Önal xəstəlik barədə məlumat verib. Onun sözlərinə görə, bağırsaq xəstəliyi hər yaşda qadın və kişidə görülə bilər. Bu zaman qəbizlik və ya ishal müşahidə edilə bilər.
Yeməkdən sonra şişkinlik yarana bilər.
Qarnın müxtəlif nahiyyələrində ağrı və narahatçılıq hiss edilə bilər. Ağrı adətən gəlib-gedici tərzdədir. Spazma və ya kolik tərzdə olur. Həm ağrı krizinin uzunluğu və şiddəti böyük ölçüdə dəyişkənlik yarada bilər. Qaz çıxarma və ya qusma zamanı ağrı adətən yüngülləşər. Qarında şişkinlik və gərginlik yenidən yarana bilər.
Bu xəstəliyin əsas əlamətləri qarın ağrısı, qusmadır. Bunlarla yanaşı həmçinin iştahsızlıq, yorğunluq, bel, baş ağrısı, sinədə yanma hissi, depressiya müşahidə edilə bilər.
Burada əsas məsələ düzgün qidalanmaq və yuxusuz qalmamaqdır.
Bu, davam edən, böyüyən xəstəlik deyil. Bədənə böyük xəsarət yetirməz. Stress, qidalanmaq xəstəliyə təsir edə bilər.
Müalicə zamanı bəzən antidepressant, probiotik dərmanlar istifadə edilə bilər.
Həmçinin aşağıda qeyd edilənlərə əməl etməklə bu problemdən xilas olmağınız mümkündür:
– Stresdən uzaq durun
– Mütəmadi idman edin
– Yuxu yatmağa diqqət göstərin
– Qəbzlik problemini aradan qaldıran qidalar yeyin
– Gərəksiz yerə antibiotiklərdən istifadə etməyin
– Qidaların təmiz olduğuna diqqət edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1