Язык:
Русский
Bağırsaqda yaranan polip xərçəngin əlaməti ola bilər
17 апреля 2018 18595Bağırsaqda yaranan poliplər bir çox risk faktoru daşıyır.
Genetik faktorlar, irəli yaş polipin yaranmasına təsir göstərir. Qarşısını almaq üçün düzgün qidalanmaq əsas şərtlərdən biridir. Türkiyəli qastreontoloq Yıldıran Songür bağırsaq poliplərinə yol açan risk faktorlar barədə danışıb.
– 50 yaş
– Hərəkətsiz yaşayış tərzi
– Yağlı yeməklərlə qidalanmaq
– Həddindən çox ət yemək
– Siqaret vərdişi
– Artıq çəki
– Spirtli içkilər
Xərçəngin ilk əlaməti polip ola bilər. Polip nə qədər böyüyərsə xərçəng riski də bir o qədər yüksəlir. Çünki bəzən bu xəstəlik özünü poliplə biruzə verir.
– Qan gəlmə
– Qarın ağrısı
– Qansızlıq
– İshal
– Arıqlamaq
Bunlar varsa mütləq şəkildə həkimə müraciət edin.
Poliplərin diaqnozu erkən qoyularsa müalicə edilə bilər.
– Siqaret vərdişinizi tərgidin
– Pəhriz saxlayın
– Bol lifli qidalar yeyin
– Ailənizdə polip problem olanlar varsa, siz də mütəmadi olaraq həkim müayinəsinə gedin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1