Язык:
Русский
Bədəninizdə pis qoxunun yaranmasına səbəb olan qidalar
12 сентября 2018 9342Qoxu alma hissiyatımız, sahib olduğumuz ən həssas duyğulardan biridir. Bəzi qidalar var ki həmin yeyəcəklər, insandan pis qoxunun gəlməsinə yol açır.
Amerikalı mütəxəssislərin araşdırmasını təqdim edirik:
Pomidor – İngilis elm adamı Çarlis Stevart, vücudun pis qoxmasının səbəblərindən birinin pomidorla əlaqəli ola biləcəyini qeyd edib. Pomidordakı terpen və karotenoid adlı maddə tər vəzlərinə təsir göstərir. Tərkibində terpen olan qidaların tər qoxusunu artdırdığını bildirib.
Süd – Bəzi insanlarda isə süd məhsulları qaz yarada bilər. Bu səbəbdən orqanizmi həssas olan insanlar bu məhsullardan az istifadə etməlidirlər.
Balıq – Tərkibində yüksək miqdarda A vitamini mövcuddur. Bununla yanaşı bəzi balıq növlərinin içərisində yüksək miqdarda kolin yəni B4 vitamini mövcuddur. Vücudunda kolini yüksək olan insanlar balıq qoxusu sindromu yaşaya bilərlər.
Brokoli, kələm bəzi insanlarda pis qoxuya yol aça bilər. Buna səbəb isə tərkibində kükürdün olmasıdır. Kükürd xoş olmayan qoxular yayar və qaza səbəb olar.
Sarımsaq və soğanın istifadəsi nəfəsinizə və tər qoxularına təsir edər. Həm vücudunuzun həm də ağzınızın pis qoxmasına səbəb ola bilər.
Qırmızı ətin tərkibində yüksək miqdarda vitamin, dəmir, sinko, kreatin mövcuddur. Ancaq həzmləri çətin olduğundan həddində istifadəsi tövsiyə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1