Язык:
Русский
Böyrək daşının cinsinə görə qorunmağın yolları
26 марта 2018 11161Böyrək sağlamlığını qorumaq üçün və böyrək daşlarının müalicəsi zamanı uyğun pəhriz saxlanılmalıdır. Türkiyəli mütəxəssis dietoloq İşınsu Köksal böyrək sağlamlığını qorumağın yollarını anladıb.
Müxtəlif səbəblərdən yaranan böyrək daşları həyati önəm daşıyır.
Gündə 1 stəkan su: Sağlam qida menyusu hazırlanmalıdır. Böyrək sağlamlığını qorumağın ilk addımı isə bol su içməkdir. Su, böyrəkdə yaranan daşların qarşısını alır. Sidik əgər açıq rəngdə və qoxusuzdursa bu, bədəndə kifayət qədər su olduğunu göstərir. Gündə 10-12 stəkan su içmək sidik miqdarını artırır. Həmçinin yaranan kiçik daşlar sidik vasitəsilə atılır.
Portağal, limon suyunu menyunuzdan əksik etməyin. Bu içkilər daş yaranmasının qarşısını almağa kömək edir.
Kalsium və D vitamini alın. Qidalarla kalsiumun qəbulu aşağı faiz olsa da oksalat miqdarını artırır. Oksalatın artması isə böyrək daşlarının yaranma ehtimalını artırır. Bu vəziyyətin qarşısını almaq üçün qidalanmağınızda bol-bol kalsium və D vitamini cəhətdən zəngin olan qidalar yeməyə çalışın. Süd, qatıq, çiyələk, yumurta, əncir kimi qidalara daha çox üstünlük verməlisiniz.
Yediyiniz ət, balıq, toyuq, bədəninizdə ürik asidin toplanmasını təmin edir. Bu qidalar isə böyrək daşlarının yaranmasının qarşısını alan sitratı azaldır. Protein qaynaqları əvəzinə bir müddər ərzində daha çox qatıq yeyilməlidir.
Spirtli içkidən uzaq durun. Bədəninizi susuz buraxan hər növ qida və içkilərə məhdudiyyət qoyulmalıdır. Çay, qəhvə də gün ərzində 5-6 stəkandan çox içmək düzgün deyil.
Həmçinin böyrəyini qorumaq istəyənlər duzu da azaltmalıdırlar. Bu, sidik kanalında kalsium daşlarının toplanmasına səbəb ola bilər. Gündə 1 çay qaşığından çox duz qəbul edilməməlidir. Turşu və hazır qidalar kimi duz miqdarı da yüksək olan yeməklərdən qaçınılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1