Язык:
Русский
Ayaqda yaranan dəri xəstəlikləri
29 сентября 2018 9649Ayaqlarda tez-tez müşahidə edilən xəstəliklərin başında gələn göbələk infeksiyası adətən ayaq barmaqlarından başlayaraq ayaq dabanına qədər yayılır. Hovus, sauna, hamam,paltar dəyişdirmə otağı və duş kabinələrində bu infeksiya daha çox yayılır. İlk zamanlarda müalicəsi üçün dərmanlardan istifadə edilir. İrəliləyən mərhələlərdə ayaq dırnaqlarına yoluxmaması və göbələyin təkrarlanmaması üçün mütəxəssis nəzarəti altında müalicələr tətbiq edilməlidir. Bu barədə türkitəli dermatoloqlar məlumatlar veriblər.
Yanlış ayaqqabı seçimində, ayağın məruz qaldığı təzyiq səbəbilə ayaqda göbələk, ayaq dərisinin sərtləşməsi, qalınlaşması baş verə bilər. Sadəcə dəridə deyil, ayaq barmaq aralarında görülə bilən bərkləşmə üçün hamamdan sonra mütəmadi nəmləndiricilər, qidalandırıcı vücud yağlarından istifadə edilməlidir.
Ayağın formasını pozan, şiddətli ağrıları yaradan dırnaq batmaları isə cərrahi müdaxilə üçün göstərişdir.
Dırnaq batması problemi yaşayanlar ayaqqabı seçimində həssas davranmalı, ayaq quruluşuna uyğun və ayağa təzyiq göstərməyəcək modelləri seçməyə diqqət göstərməlidirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1