Язык:
Русский
Autizm xəstəliyi nədir? – Əlamətləri
28 марта 2020 17169Üç yaşından öncə ortaya çıxan autizm, ömür boyu davam edən xəstəlikdir. Bu xəstəlik ilk olaraq gələcəkdə qurulacaq münasibətlərə mənfi təsir göstərir.
Xəstəliyin səbəbləri nədir?
Yaranma səbəbi hazırda da tam olaraq bilinmir. Ancaq doğuşdan öncə və sonra baş verən bəzi narahatçılıqların autizmə yol açdığı düşünülür. Əksər zaman genetik səbəblərdən yarana bilir.
Bəs əlamətləri nədir?
Uşağın:
Öz ətrafında mütəmadi dönməsi
Dil açmaması
Qarşılıqlı münasibət qurmasında gecikməsi
Ayına görə inkişaf etməməsi ilkin əlamətlər sırasındadır.
Xüsusilə üç yaşından öncə ortaya çıxan bu narahatçılığın əlamətləri körpələrdə rahat şəkildə özünü biruzə verir.
Autizm olan körpələr:
Gülümsəmə, üzə baxma, səsə verilən reaksiya, eşitdiklərini təqlid etmək, üz ifadələrindən anlamaq kimi hərəkətləri doğru yerinə yetirə bilmir. Bəzi hallarda isə heç bacarmır. Mütləq şəkildə mütəxəssis yanında diaqnoz təsdiqlənməli və lazımi tədbirlər görülməlidir.
Valideynlər xəstəliyi gec aşkar etmələrindən narahat qalırlar. Əgər sizin uşaq:
Oyuncaqlarla oynaya bilmirsə
Göz təması qurmursa
Söylədiklərinizə reaksiya vermirsə
Adını çəkdikdə fikir vermirsə
Danışan zaman sözləri təkrar etmirsə, bu autizm xəstəliyinə işarət ola bilər.
Belə uşaqlarla, mütəxəssislərlə yanaşı valideynlər də əzm göstərməlidirlər. Əks halda öz-özünə baxa bilməyən şəxslər halına çevrilər.
Autizmin növü varmı?
Çox sayda növləri var və müalicə şəkli də növə görə dəyişir. Kəskin və daha yumşaq şəkildə də xəstəlik özünü biruzə verə bilər.
Yüngül autizm əlamətləri sırasında:
Diqqət əksikliyi
Yuxu pozuntusu
Hərəkət pozuntusu yer alır.
Əksər bu növ xəstəlikdə əlamətlər üç yaşından öncə üzə çıxır. Aparılan araşdırmalara görə, dünyada hər 59 uşaqdan biri autizm xəstəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1