Язык:
Русский
Arı allergiyası nədir?
25 июня 2020 13053Amerikada hər il 50 insan allergiya səbəbiylə dünyasını itirir. Bunların çoxu isə həşərat dişləməsi səbəbiylə baş verir. Həşəratların ən təhlükəlisi isə məhz arılardır.
Bəs arı allergiyasının əlamətləri nədir?
Xüsusilə yaz aylarında arı dişləmələri ilə tez-tez qarşılaşırıq. Məhz bu andan sonra isə arı allergiyası baş verə bilər. Arı dişləmələrində kiçik qaşıntılar ola bilər. Bunlar adətən 24 saat ərzində aradan qalxır. Bəzən iki gün ərzində yaranan qızarıqlıq və qabarıqların olması mümkündür. Bunlar 2 ilə 7 gün ərzində yoxa çıxır. Allergiyada isə insanın anidən pisləşməsi mümkündür. Bu reaksiyalar isə ölümlə belə nəticələnə bilər. Boğazda şişlik, səs kəsintisi, nəfəs darlığı ortaya çıxa bilər. Arı allergiyası səbəbiylə ölüm hadisələri adətən 50 yaşdan yuxarı şəxslərdə daha çox müşahidə edilir.
Arı allergiyasının olub-olmadığı dəri və qan testləri ilə təyin edilə bilər. Xəstədən ətraflı sorğu götürülməlidir. Xəstəlikləri, başqa nəyə qarşı allergiyası olduğu araşdırılmalıdır. Arı allergiyası olan insanın panika, qorxu, stress keçirtməsi doğru deyil. Çünki bunlar allergiyanı daha da artıra və kəskinləşdirə bilər.
Bəs arı allergiyasının əlamətləri nədir?
Arının sancdığı yerdən əlavə digər nahiyələrdə də yaranan qızarıqlıq, qaşıntı, şişlik
Dildə, üzdə şişkinlik
Öskürək, xırıltı
Qusma,qarın ağrısı, ishal.
Arı allergiyası müalicə edilə bilən xəstəlikdir. Peyvəndi mövcuddur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1