Язык:
Русский
Allergiyası olanlara tövsiyələr
15 июня 2020 8491Allergiya dedikdə ağıla ilk olaraq bahar ayları və tozlar gəlir. Ancaq allergiya həm mövsümdə baş qaldıra bilər.
Bu barədə türkiyəli həkim Atilla Sayğı məlumat verib.
Allergiyaya səbəb olan faktorlardan uzaq durmaq müalicənin ilkin mərhələsidir. Ancaq allergiya hər insanda fərqli əlamətlərlə özünü biruzə verə bilər:
Burun axıntısı, burun tıxanıqlığı, asqırma
Gözlər və burunda qaşıntı
Nəfəs darlığı
Öskürək
Dəridə səpkilər
Qızarıqlıqlar
Qaşıntı
Yorğunluq
Baş ağrısı
Mədə bulantısı, qusma
Qızdırma
Allergiyaya qarşı ev daxilində bir sıra tədbirlər görə bilərsiniz. Onlar aşağıdakılardır:
Siqaret, qəlyan kimi tütün məhsullarından istifadə etməyin.
Yataq otağında toz allergiyasına qarşı istifadə edilən yataq, yastıq, yorğan üzlərindən istifadə edin.
Yunlu və ya quş tükü məhsullarından uzaq durun.Yastıq üzü və örtükləri həftədə bir dəfə 55 dərəcədə yuyun.
Evinizdə heyvan saxlayırsınızsa bu heyvan ilə bağlı test etdirin.
Evdə yarana biləcək kiflərə qarşı tədbir görün. Otaqları mütəmadi havalandırın.
Evin içində nəmləndiricilərdən istifadə edin. Yataq otağının nəm səviyyəsi 30-50 faiz olmalıdır.
Yataq otağına toz saxlayan əşyalar, kitab, çiçək, bitki qoymayın.
Pambıq və yunlu əşyaları azaldın. Tüklü oyuncaqlar toplayın.
Qida allergiyası olanlar boyalı qida və içkilərdən istifadə etməməlidir.
Paltarlarınız allergik olmamalıdır.
Əl təmizliyinə diqqət etməlisiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1