Язык:
Русский
Allergiya ya adi öskürək?
26 июня 2020 17097Açıq havada və ya qapalı məkanda mövsümi ya da mütəmadi yaranan hər növ allergiya öskürəyə səbəb ola bilər. Burun axıntısı, asqırmaq, göz sulanması və qaşıntı ilə bərabər yaranan öskürək narahat edən hiss ola bilər. Allergik astma da öskürəyə səbəb ola bilər. Bu tip astma xəstəliyində insana kif, toz və s. mənfi təsir edir.
Allergiyanın səbəbləri nədir?
Allergiya, vücudun dərman, ev tozu və kimyəvi maddələr qarşı verdiyi reaksiyadır. Allergik xəstələrin probleminin səbəbində adətən genetik faktorlar durur. Allergiya başda tənəffüs sistemi olmaq üzrə gözlər, dəri, mədə-bağırsaq kimi bir çox orqana təsir edər.
Əgər burun tutulursa, şəffaf, su kimi burun axıntısı və asqırmaq varsa bunun səbəbi adətən allergik rinit olur.
Allergik rinit, qrip, astma kimi akut bronxit ilə də qarışdırıla bilər. Bu məsələdə xəstənin şikayətləri diqqətlə analiz edilməlidir. Soyuqdəymə allergiyaya yol açmaz ancaq allergik olan insanlarda soyuqdəymə allergiyanı daha da artıra bilər. Xüsusilə ağrıkəsicilər, antibiotiklər gizli yatan allergiyanı üzə çıxara bilər.
Bu səbəbdən insanda allergiya riski varsa mütləq şəkildə allergiya testi etdirməlidir.
Xüsusilə fındıq, fısdıq, çiyələk, banan, tropik meyvələr, pomidor, sosiska və s. qida allergiyasının səbəblərindən hesab edilir. Allergik təsirə ən az malik olan meyvə qarpızdır.
Allergik və astma riskini minimuma endirmək üçün nə etməli?
Siqaretdən istifadə etməyin və edilən məkanlardan uzaqlaşın.
Ev tozu ən çox yataq otağınzda yaşayır. Bunun üçün otağınıza xalça qoymayın.
Evinizi tez-tez havalandırın, günəşləndirin.
Pərdələrinizi tez-tez yuyun.
Pejama, örtükləri həftədə bir dəfə dəyişdirin.
Ətirdən istifadə edin ancaq miqdarını çox etməyin.
Allergiya üçün olan dərmanlarınızı mütəmadi istifadə edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1