Язык:
Русский
Seyrək qaşlar necə gurlaşdırılır?
10 марта 2018 14982Qaşlar da saçlar kimi düzgün qidalanmayanda, stress, yanlış kosmetikalardan istifadə zamanı tökülməyə məruz qalır. Türkiyəli professor kosmetoloq Demet Tecir tökülən qaşlarla bağlı nələrin edilə biləcəyi haqda məlumat verib.
Qaşlar üz ifadəsini tamamlayır. Yanlış qaş forması üzün bütün mənasını dəyişə bilər. Əsas dəyişikliklər seyrəşmələrlə başlayır.
Qaşların düzəlişinə başlamazdan öncə şəxsdən hansı görüntüyə sahib olması soruşulur. Daha sonra seyrəkləşmə olan hissələr təsbit edilir.
Bu zaman iki mərhələli prosedur tətbiq edilir. Öncə kökləri zəif olan qaşlar gurlaşdırılır. Bəzi iynələr vurularaq qaşların gurlaşması mümkündür.
İki həftəlik tətbiq edilləcək prosedurdan sonra qaşları qoruma seanslarına keçirilir.
Bunu istəməyən qadınlar və ya kişilər keçici qaşlar da düzəltdirə bilərlər. Belə ki qələm kimi kosmetik vasitələrdən istifadə edilərək boşluqları doldurmaq mümkündür.
Ancaq bunlar qalıcı olmadıqları üçün dənizə, hovuza girən zaman və ya tərləyən zaman rəng solmağa başlayacaq.
Bundan başqa döymə qaş etdirmək də mümkündür. Bu zaman seyrək hissələr doldurulur və təbii qaşdan seçilmir. Ancaq qaşı tamam seyrək olanlar üçün isə bu gözəl görüntü yaratmaya bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1