Язык:
Русский
Yorğun hiss etməyinizin səbəbi bu xəstəliklər ola bilər
10 марта 2018 13596Bəzən “işləyirəm” deyərək insanlar yorğunluğu bununla əlaqələndirirlər. Əslində isə səbəbi bir çox ciddi xəstəliklər ola bilər. Səhərlər yorğun oyanmaq, gün ərzində yaşanan halsızlıq, gündəlik işləri görən zaman istəksizlik… Əksər zaman ağır iş qrafikindən qaynaqlandığınızı düşündüyünüz bu əlamətlər ciddi xəstəliklərin xəbərçisi ola bilər. Türkiyəli həkim, Birsel Kavaklı yorğunluğun baş vermə səbəblərindən danışıb. Tiroitdən xərçəngə qədər bir çox xəstəliyin əlaməti olan yorğunluğunuz keçmirsə altında yatan əsas səbəb araşdırılmalıdır. Bəzən şəxs cavan yaşda olsa da iş görmək həvəsi olmur, tez yorulur.
Bunun aşkar edilməsi vacibdir.
Mütəxəssisin sözlərinə görə, yorğunluğun əsas səbəblərindən biri anemiyadır. Çünki oksigen daşıyan hemoqlabinin əksikliyi insanı özünü yorğun hiss etməsinə gətirib çıxarır. Gərəkli müalicələr edilməli və qansızlıq aradan qaldırılmalıdır.
İkinci sırada isə depressiya durur. Bu da eyni nəticəyə yol açır.
Hipertiroidi başda olmaq üzrə endokrinoloji xəstəliklər də insanı yorğun hiss etməsinə səbəb olur. Hətta belə xəstələri bəzən tənbəl adlandırırlar.
Bundan əlavə şəkər xəstələri də özlərini eyni bu cür hiss edirlər. Bu insanlar daima yorğun, gücsüz olurlar.
Yorğunluq, onkoloji xəstəliklərin də əlaməti ola bilər. Xərçəng hüceyrələri vücut sistemini pozur. Məsələn, qansızlıq yaradıbsa yorğunluğa səbəb ola bilər.
Yorğunluğun əsas səbəblərindən biri də ürək çatışmazlığıdır. Ürək xəstəlikləri insanı gücdən salmağa qadirdir. Oksigen qəbulu azaldığı üçün bədənə mənfi təsir edir. Ayaqlar gücdən düşür, halsızlıq baş qaldırır.
Vücudun infeksiya qapması, maddələr mübadiləsinin pozulması da bu vəziyyəti yaradan amillərdəndir.
Əgər bu hal uzunmüddətli davam edərsə və keçməssə mütləq həkimə müraciət etmək vacibdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1