Язык:
Русский
Çörək otunun bilinməyən möcüzəvi faydaları aşkar edilib
06 марта 2018 20921Çörək otu əvvəlki zamanlardan indiyədək istifadə edilir. Xərçəng, təzyiq, şəkər daxil olmaqla bir çox xəstəlik zamanı bu nemət möcüzəvidir.
Tərkibindəki vitamin, mineral və aktiv maddələr də müasir tibb və xalq təbabətində istifadə edilir.
- Araşdırmalar çörək otunun beyin şişinin qarşısının alınmasında önəmli rol oynadığını təsdiq edib.
- Qan şəkərini aşağı salır və tənzimləyir. Bu səbəbdən diabetə də müsbət təsir edir.
- Prostat, qalın bağırsaq, sinə və uşaqlıq orqanları kimi bir çox xərçəng növlərinin müalicəsi zamanı faydalıdır.
- Xolestrol və yüksək təzyiqi aşağı salır.
- Eyni zamanda güclü antioksidandır.
- Gündəlik həyatda qəbul edilən güclü radiasiyanın da qarşısını almaqda kömək edir.
- Vücudda şiş yaranmasının qarşısını alır.
- Eqzema kimi dəri xəstəliklərində çörək otunun faydası mühümdür.
Mütəxəssislər çörək otunun üyüdülmüş formasını deyil, toxum olaraq alınmasını tövsiyə edirlər. Səbəb isə üyüdülən qida saxlanıldığı üçün tərkibindəki vitaminlər məhv olur. Bu səbəbdən toxum olaraq alınması və sonra üyüdülməsi məsləhətdir.
Günorta yeməyindən öncə bir çay qaşığı qədər çiynənilməlidir. Həzmi asanlaşdırmaq üçün isə su və ya bal istifadə edilməlidir.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1