Язык:
Русский
Ana südü uşağa neçə yaşına qədər verilməlidir?
05 марта 2018 21372Ana südü uşaqlar üçün möcüzəvi qidadır. Bəzi valideynlər südü körpənin bir yaşına qədər, bəziləri iki yaşına qədər verir.
Bu haqda bir çox mütəxəssislərin fikri üst-üstə düşmür.
Türkiyənin Səhiyyə mərkəzinin mütəxəssisi Ahmet Hakan 6-cı aydan 2 yaşına qədər əlavə qidalarla bərabər uşağa ana südünün verilməsini vacib bilib: “Ana südü uşaq üçün sağlamlıqdır. Bu südün tərkibində yeni doğulan körpənin böyümə və inkişafı üçün gərəkli olan bütün maye, enerji və qida dəyərləri mövcuddur.
Həmçinin bu qida vasitəsilə körpənin immunitet sistemi güclənir.
- Bağırsaq
- Qulaq
- Tənəffüs yolu infeksiyaları
- Diabet
- Allergiya kimi xəstəliklərdən qoruyur.
- Ana südü vasitəsilə uşağın dişləri tez çürümür. Həmçinin çənə sümüyü sağlam inkişaf edir.
- Daha asan həzm olunur. Həmçinin qəbizlik, qarın ağrısı daha az müşahidə edilir.
Ancaq buna baxmayaraq digər mütəxəssis, uşağa südün bir yaşından sonra verilməsini düzgün hesab etmir.
Mütəxəssis Alparslan Baksu isə uşağa ana südünün bir yaşına qədər verilməyini vacib bilsə də davamını uyğun görməyib: “Müəyyən müddətdən sonra uşağın ana südünə ehtiyacı azalır. Bu baxımdan bir yaşından sonra ana südünün faydası yoxdur”.
Amma mütəxəssislər bu fikirdə olsalar da hər halda uşağa südün verilməsinin heç bir zərəri yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1