Язык:
Русский
"İnsanın sağlamlığı demək olar ki, 100 % onun öz əlindədir"
05 марта 2018 14912“Mayomed” klinikasının təcrübəli dietoloqu, uzun illər Rusiyada çalışmış, indi isə Azərbaycanda işləyən Sahilə Bəhmənova “Hekim Tap”a müsahibə verib:
– Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Rusiyanın Moskva şəhərində 30 il çalışmışam. Pediatriya fakültəsini bitirməyimə baxmayaraq, daha sonra “Закаливание человека” universitetini bitirdim, sonra həkim-dietoloq işləmək üçün sertifikat aldım və bu sahədə çalışmağa başladım, sonra Azərbaycana gəldim, artıq 7 ildir ki, iş yerim bakıdadır.
– 21-ci əsrdə texnika və avtomatikanın inkişafı sayəsində hipodinamika artıb və nəticədə piylənmə aktual problemə çevrilib. Qısa məsafələri belə avtomobillə gedirik, məişətdə insanların görməli olduğu işləri avtomat maşınlar görür. Piylənmə səhiyyə sahəsində 21-ci əsrin ən aktual problemlərindən biridir.
– Piylənmədən yaranan xəstəliklərin siyahısı çox böyükdür. Ürək-damar xəstəlikləri, başda şəkər olmaqla endokrin sistemi patologiyaları, əgər insanda piylənmə varsa onun dərisində də problem yaranır.
– Dəri çatlaması nəticəsində oraya mikrob düşə bilir, iltihabi proses yaranır və ağırlaşma verə bilir. Bundan başqa, göbələk xəstəliyini dəriyə düşməsində, dabanda çat verməsinin artıq çəki ilə əlaqəsi ola bilər. Əgər insanda ikinci dərəcəli piylənmə varsa, bu zaman dəri müxtəif mikroblar üçün münbit şəraitə çevrilir. Dəri dartılmasının maksimal dərəcəsi var və bu hədd aşılarsa çat nəticəsində ora düşən ən kiçik mikrobun düşməsi belə, artıq problemlər yaradır.
– Mütləq. Bir də görürsən pasiyent şikayətlə gəlir. Soruşanda ki, orqanzimini sonuncu dəfə nə vaxt təmizləmisən, heç yadına belə sala bilmir. Axı bizim orqanizmin laboratoriyası, yeganə filtri olan qara ciyər ən azından iki həftədən bir təmizlənməlidir – detoks olunmalıdır. Mentalitetimizi nəzərə alsaq, olsun ayda bir dəfə.
– Metodlar çoxdur. Amma onlardan ən əlçatanı dübajdır. Demək olar ki, hər evdə zeytun yağı və limon var, mineral su var. Dübaj hazırlayıb, onun vasitəsilə öd yolları açıb təmizləmək, nəcis kütləsinin demək olar ki, 70-80% bədəndən xaric etmək olur. Həmin gün yalnız bitkilərdən hazırlanmış çaylar içilməlidir. Bu o deməkdir ki, qara ciyər həmin günü həm təmizləndi, həm də dincəldi.
Dübaj hazırlamaq üçün yarım limonun üzərinə üç litr su əlavə edilir, esmarxa klizma növü ilə maye düz bağırsağa yeridilir. Bu zaman düz bağırsağın maksimum yuxarı hissəsinə qədər yuyulma prosesi gedir.
Ağızdan qəbul olunan bitki dəmləmələri var ki, onların vasitəsilə süni ishal yaradılır. Bu da öd yollarını açır və təmizləyir. Bu, bayaq haqqında danışdığım klizma növündən daha effektlidir. Bu zaman nəcis kütləsi 12-18 saat ərzində xaric olunur.
– Əgər bu uşqaqların irsiyyətində şəkərli diabet, artıq çəkidən əziyyət çəkmə, Bazedov, hipo və ya hiper tiroksid birləşməsi varsa, onlar daha ehtiyatlı olmalıdırlar, çünki həmin uşaqlar artıq risk qrupundadırlar və daim nəzarətdə olmalıdırlar. Quru yeməklər, şirin qazlı sular, fast-foodlar bu uşaqların bir nömrəli düşmənidir. Ana uşaqların yemək saatlarından tutmuş, qidanın kalorisinə kimi fikir verməlidir. Yəni uşağı həyatı axarına buraxıb, necə gəldi böyütmək olmaz.
Bir dietoloq kimi, hesab edirəm ki, insanın sağlamlığı demək olar ki, 100 % onun öz əlindədir. Yetər ki, düzgün qidalanıb, aktiv həyat tərzi sürsün.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1