Язык:
Русский
Ana südü ilə əmizdirmənin daha bir faydası
03 марта 2018 11894Pitsburq Universitetinin alimləri bir sıra klinki təcrübələrdən sonra belə bir nəticəyə gəliblər ki, ana südü ilə əmizdirmə növbəti 15 il ərzində qadınlarda ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
O da qeyd olunur ki, bu göstəricilər yalnız arterial təzyiqi olmayan qadınlara şamil edilir: onlarda dövr edən piylərin səviyyəsi düşüb, “yaxşı” piylərin konsentrasiyası artıb.
Tədqiqat zamanı anamnezində 1-2 hamiləlik olan 678 qadının klinik vəziyyəti öyrənilib. Nəticələr 7-15 il ərzində toplanıb.
Bu zaman qadınların bir hissəsi körpələrini ana südü ilə əmizdirməyib, digər qrup qadınlar körpələrini 6 ay, qalanları isə 6 aydan çox müddət ərzində əmizdiriblər.
Beləliklə, məlum olub ki, ən yaxşı nəticəni körpələrini 6 ay ərzində əmizidirən və arterial təzyiqlə problemi olmayan analar göstəriblər – onların yuxu arteriyası daralıb, bu, insult riskini azaldır, “faydalı” xolesterinin miqdarını isə artırır.
Bunun baş vermə mexanizmi alimlərə hələ ki, bəlli deyil, ona görə gələcək tədqiqatlara ehtiyac var.
Ola bilsin ki, alınan nəticələr əsasında ürək-damar xəstəliklərinin profilaktikası üçün yeni metodlar hazırlansın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1