Язык:
Русский
Mədə ağrısı öd kisəsi daşının əlaməti ola bilər
03 марта 2018 47119Gün ərzində xüsusilə də mədənizdə və çiyninizdə şiddətli ağrılar hiss edir, ancaq, bunu streslə əlaqələndirirsinizsə yanlış düşünürsünüz. Çünki bu ağrılar öd kisəsi ilə bağlı ola bilər.
Türkiyəli qastreontoloq Hakan Ümit Ünal bu barədə vacib məlumatlar verib: “Öd kisəsində yaranan daşlar bəzən bir problem yaratmasa da, bəzənsə şiddətli ağrılarla özünü biruzə verir. Öd kisəsi daşlarının ən çox yol açdığı şikayət, yemək yedikdən təxminən yarım saat- 1saat sonra ani ortaya çıxan, qarnın sağ üst qismində olan və sağ çiyinə vuran şiddətli ağrıdır. Ağrı zamanı bulantı və qusma da görülə bilər. Bu ağrılar bəzən təkrarlayır. Bəzənsə ağrılar mədəyə vurur. Bu səbəbdən uzunmüddət insanlar mədə ağrısı üçün müalicələr alır. Mədə şikayətlərinə görə müalicə alınsa da əgər ağrılar keçmirsə həkimə dərhal müraciət edilməlidir. Öd kisəsi ağzının ya da öd kanallarının daş ilə tıxanması zamanı ağrılar daha da uzun çəkir”.
Uzun müddət ac qalmaq da daşa səbəb ola bilir.
Qadınlarda öd kisəsi daşının yaranma riski kişilərdə təxminən 3 qat artıqdır. Hamiləlik, artıq çəki, sürətli çəki itirmək, öd kisəsində xolestrol miqdarının artması və uzunmüddət ac qalmaq öd daşının yaranma riskini artırır.
Mütəxəssis, mütəmadi idman hərəkətləri, ideal çəkiyə düşmək, düzgün qidalanmaq öd kisəsi daşlarının şikayət yaratma riskini azaltdığını söyləyib.
Həmçinin öd kisəsi daşları infeksiyalı, yoluxucu olmayan sarılığa da səbəb ola bilər. Öd kanallarına düşən və bundan asılı olaraq ağrı, sarılıq yaranan xəstələrdə öd yollarının təmizlənməsi üçün ağızdan daxil edilərək mütləq endoskopik prosedurun tətbiqinin vacibliyini vurğulayan həkim, prosedurdan sonra öd kisəsinin bir növünün və ya sadəcə daşların deyil öd kisəsinin alınmasının gərəkdiyini bildirib.
Çünki qaldıqca daşlar azalmaq əvəzinə daha da böyüyərək istənilməyən nəticələr doğura bilər.
Qeyd edək ki, öd kisəsində təsadüfən ümumi müayinə əsnasında daş müşahidə edilən xəstələrdə ilk olaraq əməliyyat məsləhət görülməz. Daşları əridən bəzi müalicələr edilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1